Alimlər orqan və toxumaları yenidən inkişaf etdirmək üçün əsas hüceyrə mexanizmi tapıblar
27.08.2021 11:47

İnqilabi kəşf toxuma mühəndisliyinə, yaraların sağalmasına və xərçəng xəstəliyi ilə bağlı aparılan araşdırmalara öz təsirini göstərəcək.

 

Minnesota Twin Cities Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni tədqiqatlar göstərib ki, kollagen kimi toxumalarda protein liflərinin sərtliyi hüceyrələrin hərəkətini nəzarətdə saxlayan əsas komponentdir. ABŞ Milli Elm Fondu tərəfindən maliyyələşdirilən bu kəşf hüceyrələrin hərəkətini öyrənən sahələrə (bərpaedici tibbdən xərçəng xəstəliyi tədqiqatlarına qədər) ciddi təsir göstərə bilər.

 

Aztibb.az www.nsf.gov-a istinadən xəbər verir ki, üceyrələrin bir çox səbəbdən hərəkət etməsi vacibdir. Belə ki, onlar uyğun hüceyrə tiplərinə çevrilmək üçün inkişaf edən embrionda lazımi yerlərə “səyahət etməlidirlər”. Yaralar sağalanda isə dəri hüceyrələri yaranı yara izinə çevirmək üçün qan laxtalarına təsirli şəkildə nüfuz etməlidir. Araşdırmalar göstərir ki, xərçəng hüceyrələri bütün bədənə yayılmaq üçün bərk şişlərdən uzaqlaşdıqda bir lif xəttini izləyirlər.

 

Tədqiqatçılar son illərdə apardıqları araşdırmalar nəticəsində zədələnmiş və ya xəstə hüceyrələri, orqan və ya toxumaları yenidən inkişaf etdirmək, bərpa etmək və ya dəyişdirmək üçün süni toxumalar yarada bildikləri əsas hüceyrə mexanizmi tapıblar.

 

Tədqiqat işi “Proceedings of the National Academy of Sciences”  jurnalında dərc olunub.

 

Qeyd edək ki, bu jurnal müxtəlif sahələrdə, xüsusilə də biologiya və tibb, eləcə də fizika və sosial elmlər üzrə orijinal elmi tədqiqatların nəticələrini dərc edən ABŞ-ın aparıcı elmi jurnalıdır.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?