Molekulyar bioloqlar kök hüceyrələrdən gözün primitiv analoqunu yaradıblar
18.08.2021 16:52

Molekulyar bioloqlar kök hüceyrələrdən beyinin miniatür oxşarını və gözün primitiv analoqunu yaradıblar. Yeni struktur insanların və heyvanların görmə orqanlarına oxşayır. Eksperimentin nəticələri “Cell Stem Cell” elmi jurnalında dərc edilib.

 

Aztibb.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Düsseldorf Universitetinin professoru Cey Qopalakrişnanın sözlərinə görə, beyinin miniatür bənzəri işığa reaksiya göstərən və görmə orqanındakı hüceyrə növlərindən ibarət primitiv struktur yarada bilir. Onlardan göz və beyin arasında əlaqələrin öyrənilməsində, həmçinin transplantasiya üçün tor qişa hüceyrələrinin yaradılmasında istifadə etmək olar.

 

Bioloqlar genləri məcburi aktivləşdirən, kök hüceyrələrin neyronların və göz hüceyrələrinin “tədarükünə” çevrilməsinə məsul olan kimyəvi siqnallar hazırlayıblar. Bu maddələrdən istifadə edən C. Qopalakrişnan və onun komandası kök hüceyrəsi kulturasını emal edib və iki ay ərzində onun inkişafını izləyiblər.

 

Müşahidələrə əsasən, bu siqnal molekullarının kombinasiyası ona gətirib çıxarıb ki, təqribən bir aydan sonra orqanoidlərin səthində görkəminə və xüsusiyyətinə görə gözə aid olan ilkin struktur yaranıb. Daha iyirmi gündən sonra həmin struktur gözün primitiv analoquna çevrilib; görmə orqanının tor qişası hüceyrələrindən və digər toxumalarından ibarət struktur işığa reaksiya göstərib. Bundan başqa, bioloqlar aşkar ediblər ki, həmin strukturlarda sinir hüceyrələri biri-biri ilə əlaqə yaradıb və orqanoidin inkişaf edən digər hissələri ilə birləşməyə çalışıb.

 

Tədqiqatçılar qeyd edirlər ki, bu strukturlardan gözün yaranması prosesinin necə baş verdiyinin öyrənilməsində, habelə görmə orqanının təkamül tədqiqində istifadə etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır