Məşhur preparatın COVID-19 zamanı virus yükünü 70 faiz aşağı saldığı müəyyən edilib - TƏDQİQAT
06.08.2021 10:20

Qanda lipidlərin qeyri-adi səviyyələrinin müalicəsi üçün istifadə edilən preparat COVID-19 zamanı virus yükünü 70 faizə qədər azalda bilər.


Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, alimlərin beynəlxalq qrupu tərəfindən aparılmış laboratoriya tədqiqatı çərçivəsində bu nəticəyə gəlinib.

 

Tədqiqatçılar aşkar edib ki, fenofibrat və onun aktiv forması (fenofibroik turşu) laboratoriya şəraitində insan hüceyrələrinin SARS-COV-2 virusu ilə zədələnməsini əhəmiyyətli dərəcədə azalda bilər. Azalmalara preparatın təhlükəsiz dozasından istifadə edərək nail olunub.

 

Hazırda komanda COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş pasiyentlərdə preparatın kliniki sınaqlarının aparılmasını planlaşdırır.

 

Yeni növ koronavirus virusun səthindəki zülalın və insan hüceyrələrində ACE2 reseptorunun zülalı arasında qarşılıqlı təsir vasitəsilə insanı yoluxdurur. Komanda aşkar edib ki, fenofibrat ACE2 və virusun səthindəki zülalın qarşılıqlı təsirini poza bilər. Sonra onlar laboratoriyada SARS-COV-2 virusunun orijinal ştamlarından istifadə edərək hüceyrələrin yoluxmasının azalmasında preparatın effektivliyini yoxlayıblar, Müəyyən olunub ki, fenofibrat infeksiyanı 70%-ə qədər aşağı salır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır