Kök hüceyrə müalicəsi 95 faiz müsbət nəticə verir
04.08.2021 14:17

Kök hüceyrələr bütün toxumalardakı damarların ətrafında yerləşən ana hüceyrələrdir. Toxuma zədələnəndə kök hüceyrələr aktivləşir, həm toxumaların bərpası üçün lazım olan böyümə faktorlarını hərəkətə gətirir, həm də zədələri sağaltmaq üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları və piy qatı kimi fərqli toxumalara çevrilə bilir. Kök hüceyrələr sümük iliyi, qan və xüsusilə bədənin piy qatından alınır. Kök hüceyrələrdən artroz, dərinin estetik gəncləşməsi, idman zədələri, saç tökülmələri, hətta diş xəstəliklərinin müalicəsində istifadə edilir. Ümumiyyətlə, regenerativ tibb qonşu Türkiyədə olduğu kimi, Azərbaycanda da yeni anlayışdır. Regenerativ tibb orqanizmin özün-özünə sağalması deməkdir.

 

Aztibb.az xəbər verir ki, nevroloq, proloterapiya mütəxəssisi Sevinc Heydərova kök hüceyrə müalicəsi barədə məlumat verib.

 

Həkim-mütəxəssis bildirib ki, kök hüceyrələr laboratoriya şəraitində bədənin, xüsusilə göbək ətrafında yiğılan piy qatından xüsusi şprislər vasitəsilə alınır: “Piy qatından götürülən yağdan mütləq kök hüceyrə alınmalıdır. Bu kök hüceyrələr orqanizmə yeridiləndən sonra başqa toxumalara çevrilir. Məsələn, hüceyrələr oynağa köçürüldükdə qığırdaq yaranmasına, dəriyə köçürüldükdə cavanlaşmaya səbəb ola bilər. Müalicə nəticəsində, hətta 10-15 yaş cavanlaşmaya nail olmaq mümkündür. Kök hüceyrə müalicəsi tibdə çox geniş yayılıb. Eksozomlarla müalicə çox yaxşı effekt verir. Statistikaya əsasən, kök hüceyrə müalicəsi alan 100 xəstədən yalnız 3-4 nəfərdə effektsiz olur. Səbəb 6-8 ay ərzində evdə müalicə alan xəstənin bərpa müddətində bir çox situasiya ilə qarşılaşmasıdır. Misal üçün, xəstə yıxıla və yaxud da yüngül də olsa qəza keçirə bilər. Bütün bu hallar barədə həkimə məlumat verilmədikdə müalicə effektsiz nəticələnir”.

 

S.Heydərova deyib ki, kök hüceyrə müalicəsində sağalma prosesi xəstənin immun sistemindən, onun orqanizminin ümumi fəaliyyətindən asılıdır: “Proses eynidir, lakin bərpa müddəti xəstələrə görə dəyişir. Sağalma müddəti 1 aydan 12 aya qədər dəyişə bilər. Praktikama əsasən deyə bilərəm ki, əsasən pozitiv xarakterli xəstələrdə bərpa prosesi sürətli gedir. Çünki müsbət əhval-ruhiyyə orqanizm immun sisteminin güclənməsinə yaxşı təsir göstərir. Xəstənin yaşı və xəstəliyin hansı mərhələdə olması da, əlbəttə ki, önəmlidir.

 

Kök hüceyrə müalicəsi zamanı xəstəxanada yatmaq lazım deyil. Lokal narkoz vasitəsilə həyata keçirilən piy götürmə prosesi təxminən yarım saat çəkir. Prosesdən sonra gündəlik məşğuliyyətə davam etmək mümkündür. Bədəndən çəkilən piylər kök hüceyrə laboratoriyasına dondurulmuş şəkildə göndərilir”.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu