Azərbaycanın müalicəvi termal bulaqları - Birinci yazı
29.07.2021 13:29

Yüksək temperaturlu yeraltı və bulaq suyu olan termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirir.

 

Aztibb.az müalicəvi termal bulaqlarımız, eləcə də bu bulaqların sağlamlıq turizmi potensialı haqqında yazını təqdim edir.

 

Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılıb. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılıb və bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilib.

 

Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə yer səthində temperaturu 50-81°C təşkil edən termal sular tapılıb. Bundan başqa, Quba-Xaçmaz zonasında aşkar edilən Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılıb və  Dövlət Balansında qeydə alınıb. 

 

Ölkəmizdə termal bulaqlarından alınan nümunələrin analizi nəticəsində bu bulaqların yüksək müalicəvi imkanlarının olduğu müəyyən edilib.

 

Tədqiqatlar zamanı Qax rayonunun İlisu, Quba rayonunun Xaltan bulaqlarının kimyəvi, fiziki və mikrobioloji analizi aparılıb, müalicəvi xüsusiyyətləri öyrənilib.

 

İlisu bulağından götürülmüş su nümunələrinin kimyəvi-fiziki analizi onun müalicəvi süfrə suyu kimi və vanna müalicəsində istifadəsi üçün yararlı olduğunu müəyyən edilib.

 

Aparılan analizlərin nəticəsinə əsasən İlisu bulağı zəif qələvi mühitə malik, zəif minerallaşmış, kimyəvi tərkibinə görə hidrokarbonatlı və natriumludur. AZS-216-2006 standartlarına əsasən müalicəvi-süfrə suyu kimi istifadə etmək mümkündür.

 

Bununla yanaşı mineral suyun temperaturunun 35-40°C təşkil etməsi vanna müalicəsində istifadə olunması üçün tövsiyə olunur.

 

 

 

Mineral suyu daxilə qəbul etməklə aşağıdakı xəstəliklərin müalicəsi və proflaktikasında istifadə etmək olar:

 

Mədənin sektor funksiyasının normal və yüksək fəaliyyəti

Mədənin və onikibarmaq bağırsağın yüngül formalı yaraları

Xroniki kolit və enterokolitlər

Qaraciyər və öd yollarının xroniki xəstəlikləri

Xroniki pankreatit

Maddələr mübadiləsinin pozulması

Şəkərli diabet və s.

 

Mineral suda vannaların tətbiqi ilə dayaq-hərəkət orqanları, ürək-damar xəstəlikləri, əsəb sistemi, dəri və ginekoloji xəstəliklərinin müalicəsinin effektivliyi öyrənilib.

 

Ümumiyyətlə mineral suyun kimyəvi tərkibinin zəngin olması onun analoqları ilə müqayisədə daha çox effekt verməsinə imkan verir.

 

“Oğlan-Qız” bulağının fizki-kimyəvi və mikrobioloji analizi beynəlxalq standartlara uyğun olaraq laboratoriyada 40 komponent üzrə aparılıb. Həmçinin fiziki-kimyəvi analizə əsasən bu su qələvi mühit, zəif minerallaşmış, kimyəvi tərkibinə görə hidrokarbonatlı və natriumludur. Orqanoptik göstəricilərinə görə su rəngsiz, iysiz, şəffaf və çöküntüsüzdür. AZS-216-2006 dövlət standartına əsasən tədqiq edilən su mineral-müalicəvi süfrə suyu və vanna müalicəsində istifadə olunan isti sular qrupuna aiddir.

 

Suyun mədənin sekretor funksiyasının normal və yüksək fəaliyyəti, mədənin və onikibarmaq bağırsağın yüngül formalı yaraları, xroniki kolit və enterokolitlər, qaraciyərin və öd yollarının xroniki xəstəlikləri, xroniki pankreatit, maddələr mübadiləsinin pozulması (şəkərli diabet, piylənmə, podaqra və s.) zamanı yaranan xəstəliklərdə istifadəsi məsləhət görülür.

 

Vanna şəklində isə oynaq-dayaq aparatı, ürək-damar sistemi, əsəb, müxtəlif dəri, ginekoloji xəstəliklərin müalicəsində tövsiyə olunur. Suyun mikrobioloji analizi göstərir ki, tərkibində olan mikro oqranizmlərin miqdarının normaya yaxın olması ondan daxilə qəbul etməklə müalicə məqsədilə istifadə etməni mümkün edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev