İnsan sağlamlığı üçün kurortların əhəmiyyəti – Azərbaycanın kurort resursları / İkinci yazı
24.07.2021 19:27

Sağlamlıq və istirahət dedikdə, mütləq ilk ağıla gələn kurortlar olur.

 

Təbii müalicə ehtiyatlarına görə Azərbaycanda kurortların balneoloji, iqlim, müalicəvi palçıq kurortları və Naftalan nefti kurortu kimi növləri mövcuddur.

 

Aztibb.az respublikanın ayrı-ayrı iqlim zonalarında yerləşən zəngin müalicəvi əhəmiyyətə malik təbii kurortlar haqqında növbəti yazını təqdim edir.

 

Balneoloji kurortlara, əsasən, təbii mineral sulardan istifadə olunan kurortlar aiddir. Azərbaycanın ərazisində müalicəvi xüsusiyyətlərinə görə dünyada qəbul olunan səkkiz qrup mineral suyun hər biri mövcuddur.

 

İqlim kurortları müalicəvi iqlimə malikdir. İqlim kurortları üçün səciyyəvi olan müalicəvi amillər (dəniz suyu, günəş vannaları, isti qum vannaları, dağ iqlimi və s.) bir çox xəstəliklərin profilaktikası və müalicəsi baxımından əhəmiyyətli hesab olunur.

 

Müalicəvi palçıq kurortlarında palçıqdan, əsasən lil palçığından (Masazır və Zığ gölünün palçıqları) və təpə (vulkan) palçıqlarından istifadə yolu ilə müalicə aparılır.

 

Naftalan nefti kurortunda unikal müalicə amilli olan və yüksək təsirə malik Naftalan nefti ilə müalicə aparılır.

 

2019-cu ildə Naftalan kurortları sağlamlıq turizmi üçün MDB ölkələrinin ən yaxşı kurortları arasında ilk üçlükdə yer alıb.

 

Coğrafi yerləşməsinə görə Azərbaycanın kurort resursları zonalara bölünür.

 

Böyük Qafqaz zonasında otuzdan artıq termal və soyuq müxtəlif konsentrasiyalı kükürdlü və üzvi maddələr tərkibli zəif minerallaşmış mineral su yataqları mövcuddur.

 

Azərbaycanda geniş yayılmış palçıq vulkanları da bu zonada yerləşir.


Kiçik Qafqaz zonası əsasən karbon turşulu mineral sularla zəngin balneoloji kurortlarla fərqlənir. Şəfalı iqlimə malikdir. Bu zonada nadir təbii müalicə amili kimi tanınan Naftalan nefti mədənləri yerləşir.

 

Xəzər dənizinin sahil zonası iqlim və balneoloji xüsusiyyətlərinə görə üç kurort sahəsinə bölünür. Xudat-Yalama zolağı – Nabran kurortu qumlu çimərliklər, meşələr, yod-bromlu su ehtiyatları ilə zəngindir. Abşeron yarımadası Mərdəkan, Bilgəh, Zuğulba, Buzovna, Suraxanı kurortlarını əhatə edir. Həmin ərazidə dəniz iqlimi ilə yanaşı Şıx termal sulfidli suyu, çoxsaylı yodlu-bromlu sular kimi müxtəlif mineral sularla müalicə aparılır. Suraxanı kükürdlü suları, Masazır və Zığ lil palçıqları da müalicə üçün istifadə olunur.

 


Lənkəran-Astara subtropik zolağı termal mineral su bulaqları ilə zəngindir.

 

Mineral sularla zəngin bölgədə 150 su bulağı olan, kurort müalicəsi üçün əhəmiyyətli Naxçıvan Muxtar Respublikasının Sirab, Badamlı, Vayxır, Darıdağ və Batabat kurortları yerləşir.

 


Kür-Araz çökəkliyində balneoloji kurortlar yerləşir və mövcud olan metanlı, azotlu, yüksək və çox yüksək minerallaşmış, silisiumlu, yodlu-bromlu termal su ehtiyatları müalicəvi əhəmiyyətə malikdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev