Orta əsrlərdə Azərbaycan xəstəxanaları – Darüş-şəfalar / İkinci yazı
13.07.2021 12:05

Bu dövrdə Şərq alimlərinin əsərlərində gigiyena məsələlərinə xüsusi diqqət verilirdi. Rəvayətə görə, süfi alim Zəkəriyya Ər-Razidən Bağdad şəhərinin harasında xəstəxana binası tikmək daha məsləhətdir soruşduqda, o, deyib ki, şəhərin müxtəlif ərazilərinə bir şaqqa ət asın. O ət harada daha gec xarab olarsa xəstəxananı da orda tikin.

 

Aztibb.az o dövrün təbib-alimlərinin əsasını qoyduğu tibbi məktəb və müalicəxanalar haqqında növbəti yazını təqdim edir.

 

Elxanilər dövründə xəstələrin müalicəsi üçün xüsusi binalar tikilirdi ki, bunlar da darüş-şəfa adlanırdı. Bunlardan ən məşhuru Təbriz şəhərində yerləşən darüş-şəfa idi.

 

Azərbaycanın görkəmli alimlərindən biri olan Seyidağa Onullahi özünün “XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi” və “Rəb-e Rəşidi və onun tarixi əhəmiyyəti” adlı əsərlərində Təbriz şəhəri haqqında məlumat verərkən burada yerləşən xəstəxanalardan bəhs edirdi.

 

S.Onullahi bildirirdi ki, bu böyük kompleksdə dünya əhəmiyyətli tibb fakültəsi fəaliyyət göstərirdi. Tibb fakültəsinə böyük azərbaycanlı alim Fəzlullah Rəşidəddin Həmədani şəxsən nəzarət edirdi. Burada tələbələr 5 il təhsil aldıqdan sonra 3 il ustadın yanında qalır və təcrübə keçirdilər. Bu prosesdən sonra onlara müstəqil işləmə hüququ verilirdi.

 

Darüş-şəfa Avrasiyanın ən böyük xəstəxanalarından və tibb məktəblərindən biri idi. Burada ənənəvi İslam təbabəti ilə yanaşı Çin və Tibet təbabətinin sirləri də tələbələrə öyrədilirdi.

 

Müəllif həmçinin bu kompleksdə daruxanələrin (əczaxanaların) fəaliyyət göstərdiyini də qeyd edib.

 

Mənbələrin məlumatına görə XV əsrdə Azərbaycan hökmdarı Sultan Yaqub Ağqoyunlunun Təbrizdə “Həft behişt” (“Yeddi cənnət”) sarayında 1000 çarpayılıq xəstəxana və dünyanın hər yerindən, o cümlədən Hindistandan və Çindən gətirilmiş dərman vasitələri ilə təchiz olunmuş əczaxana vardı. Bu xəstəxanada səriştəli təbiblər çalışırdılar.

 

Məşhur təbib-alim Ömər İbn Osman Şamaxıda Məlhəm kəndinin yaxınlığında böyük bir tibb məktəbinin əsasını qoyub. Orada həm gənc həkimlər hazırlanırdı, həm də həkimlər öz biliklərini təkmilləşdirirdi. Bu tibb məktəbinin nəzdində xüsusi klinikalar, dərmanxanalar və laboratoriyalar var idi.

 

Tibb məktəbinin nəzdində olan dərmanxanalarda müxtəlif xəstəliklərin müalicəsində işlədilən məlhəmlər ilə bərabər həblər, tozlar, plastrlar, dəmləmələr, şərbətlər, məcunlar da hazırlanırdı. Tibb məktəbinin yaxınlığında dərman bitkilərini becərmək üçün xüsusi sahələr ayrılırdı.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev