Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
16.06.2026 09:14
Pirallahı Tibb Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbir başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən bəhs edən videorolik nümayiş etdirilib.
Daha sonra Pirallahı Tibb Mərkəzinin baş həkimi Fəranə Gözəlova çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında ölkəmiz mürəkkəb və taleyüklü bir dövr yaşayırdı. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dərin siyasi və iqtisadi böhrandan xilas edərək ölkədə sabitliyin və inkişafın əsasını qoyub.
Baş həkim qeyd edib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb, dövlətçilik ənənələri möhkəmləndirilib və ölkəmizin gələcək inkişaf strategiyası müəyyənləşdirilib. Bu gün Azərbaycan Respublikasının qazandığı uğurların, beynəlxalq nüfuzunun artmasının və sosial-iqtisadi inkişafının təməlində məhz Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs dayanır.
Fəranə Gözəlova vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan daha da güclənərək regionun lider dövlətinə çevrilib, xalqımız mühüm nailiyyətlər əldə edib. O, Milli Qurtuluş Gününün dövlətçiliyimizin xilası və müstəqilliyimizin qorunmasının simvolu kimi hər il böyük qürur hissi ilə qeyd olunduğunu diqqətə çatdırıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

