Üzüm yarpaqlarından çay - FAYDALARI
11.07.2021 11:18

Yay orqanizmi təmizləmək, möhkəmləndirmək və daha sağlam etmək üçün ən yaxşı vaxtdır. Bu məqsədlə yayda adi qara çayın əvəzinə faydalı ot və bitki çayları için.

 

Aztibb.az xəbər verir ki, üzüm yarpaqlarından çox faydalı müalicəvi çay hazırlamaq olar.

 

10 orta ölçüdə olan təzə üzüm yarpağı termosa qoyulur, üzərinə 2 stəkan qaynar su tökülür, axşamdan səhərə qədər qalır. Səhər dəmləməni yaxşı süzün və gün ərzində adi çay kimi qəbul edin. Çaya 1 dilim limon, bal əlavə edə bilərsiniz.


Bu müalicəvi çayın bir çox faydaları var:


-Antioksidantlarla zəngin olduğundan orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin, xərçəngin qarşısını alır;
- Orqanizmi ziyanlı maddələrdən təmizləyir;
- Podaqra zamanı faydalıdır;
- Mikrobəleyhinə təsirə malikdir;
- Damarları möhkəmləndirir, varikoz zamanı faydalıdır;
- Ağız boşluğu iltihabları, damaqların həssas olması və qanaması zamanı yaxşı müalicəvi təsir edir;
- İshalı müalicə edir, bağırsaqları "yığır";
- Böyrəkləri və sidik kisəsini təmizləyir;
- Şişkinliyi azaldır;
- Qanda xolesterinin və şəkərin səviyyəsini aşağı salır;
- Hamilə qadınlarda ürəkbulanması zamanı kömək edir;
- Öskürək zamanı müalicəvi təsir edir.

 

Qeyd edək ki, üzümün meyvəsi şəkər, sellüloz, üzvi turşular, askorbin turşusu, A, B1,B2, B6, PP, C və s. vitaminlər, pektin maddələr, mikroelementlər və fermentlərlə zəngindir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır