Orta əsrlərdə azərbaycanlı həkimlər - İkinci yazı
09.07.2021 16:31

Erkən orta əsrlərdə Azərbaycanda tibbin inkişafı Avesta, Qədim Yunan və İslam elm və mədəniyyətinin təsiri altında idi.

 

O zamanlar tibb və əczaçılığa dair əlyazma kitablar xəttatlar tərəfindən yaradılır, təbii dəri ilə cildlənir, dərman bitkilərinin, heyvanların, maddələrin rəngarəng şəkilləri ilə bəzədilirdi.

 

Aztibb.az orta əsrlər azərbaycanlı həkimlərin fəaliyyətinə dair maraqlı məlumatları təqdim edir. 

 

Klassik orta əsrlərdə tibbin nəzəriyyəsi və praktikası üçün böyük xidmətlər göstərmiş dahi Azərbaycan həkim və alimlərindən biri də Mahmud İbn İlyas idi.

 

Mah-mud İbn İlyas qan dövranı xəstəliklərini daha dərindən öyrənmiş və ürəkdə gedən ritm pozğunluqlarının səbəbini təkcə ürəkdə deyil, ürəkdən kənarda yerləşən amillərdə də görmüşdü.

 

Mahmud İbn İlyas görkəmli həkim olmaqla bərabər, həm də yaxşı əczaçı və dərmanşünas idi. Onun əsərlərində fəsillər üzrə geniş işlədilən dərman formaları və onların təsiri haqqında məlumatlar verilib.

 

Klassik orta əsrlərdə yaşayıb-yaratmış, tibbin inkişafına töhvə vermiş dahi Azərbaycan alimlərindən biri, həkim, münəccim və riyaziyyatçı Xacə Nəsirəddin Tusinin olub.

 

Bu dahinin həkimlikdə məharəti o dərəcəyə çatmışdır ki, lazım gəldikdə hətta cərrahi əməliyyatlar da aparırdı.

 

Tusi ilk dəfə olaraq riyaziyyatı tibbdə tətbiq etməyə çalışıb. O, materiyanın bioloji hərəkət qanunlarının xüsusiyyətlərini tibbdə tətbiqinə böyük yer verib. Qəzəb, kin, şadlıq və başqa bu kimi emosional halların öyrənilməsində onun nailiyyətləri böyükdür.

 

O dövrdə yaşayıb, fəaliyyət göstərmiş azərbaycanlı həkim və alimlərdən biri olan Mənsur İbn Məhəmmədin “Tibb” və “Kifayeyi mənsuri” kitabları üzərində də dayanmaq istərdik.

 

Bu kitablarda tibbin nəzəri və praktik hissələri haqqında geniş məlumatlar, sağlamlığın qorunub möhkəmlənməsi, sağlamlığı poza bilən səbəblər və amillər, xəstəliklərin təsnifatı, ayrı-ayrı orqanların xəstəliklər və ümumi terapiyası haqqında geniş məlumatlar verilib.

 

XIV əsrdə yaşayıb-yaratmış məşhur azərbaycanlı həkim və alimlərindən biri də Məhəmməd Bərquşadidir. Onun əsas kitabı olan “Tibbi nəbəvi”nin giriş hissəsi azərbaycan, ərəb və fars dillə-rində şer ilə yazılıb.

 

Kitabın bir hissəsi ərəb, digər hissəsi isə Azərbaycan dilində tərtib edilib. Ehtimal olunur ki, bu kitab tibb sahəsində Azərbaycan dilində yazılan ilk əsərlərdən biridir.

 

Kitabın birinci hissəsi bir çox xəstəliklərin müalicə metodlarına həsr edilib. Xəstəliklərin gedişi və müalicəsində o, fərdi xüsusiyyətlərin rolunu yüksək qiymətləndirib.

 

Kitabda əsəb sistemi xəstəliklərin müalicəsinə böyük yer verib. bunun üçün xüsusi metodlar təklif edib. Bu əsərdə həm də müxtəlif səbəbdən zəhərlənmələr ilə mübarizə yolları göstərilir.

 

Ardı var...

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?