Sağlamlıq üçün təhlükəli - “Apple” qurğuları 
09.07.2021 10:15

“Apple” şirkəti nəzəri baxımdan istifadəçilərin sağlamlığına ziyan vura biləcək qurğuların siyahısını açıqlayıb. Müvafiq siyahı şirkətin saytında dərc olunub.

 

Aztibb.az lenta.ru-ya istinadən xəbər verir ki, texniki dəstək sənədinə görə, bir sıra “Apple” qurğuları quraşdırılmış maqnitə malikdir. Bu komponent quraşdırılmış kardiostimulyator və defibrilyatorların fəaliyyətinə mənfi təsir göstərə bilər. Korporasiya mühəndislərinin sözlərinə görə, əksər məişət elektron qurğuları elektromaqnit sahələrini şüalandıran maqnit və ya komponent və radioqəbuledicilərə malikdir.

 

“iPhone” smartfonundan başqa quraşdırılmış maqnitlə təchiz edilən qurğular sırasına “iPad” planşetləri və onların aksesuarları – məsələn, planşetə maqnitlə bərkidilən “Smart Keyboard Folio” çıxarılabilən klaviaturası aid edilir. “Apple Watch” saatları da onları enerjidoldurma ilə birləşdirən maqnitə malikdir. Bu, həmçinin “AirPods” və “Beats” simsiz qulaqlıqlarına aiddir.

 

Siyahıda, həmçinin “HomePod” “ağıllı” kolonkaları və “Mac” kompüterlərinin bütün versiyaları, eləcə də xarici “Apple Pro XDR” monitoru yer alıb. “Apple” sadalanan qurğuları tibbi avadanlıqdan minimum 15 santimetr uzaqda saxlamağı, eləcə də əlavə suallar yaranacağı təqdirdə müalicəni aparan həkimlə məsləhətləşməyi tövsiyə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır