Nəbz və təzyiq datçiklərinə malik ilk düyməli telefon təqdim edilib
22.08.2020 22:31

“Lava” brendi nəbz və təzyiq datçiklərinə malik “Lava Pulse” adlı ilk düyməli telefonunu təqdim edib. Qurğunun qiyməti 26 ABŞ dollarıdır.
 

Aztibb.az “ferra.ru”  saytına istinadən yazır ki, “Lava Pulse” telefonunun əsas datçiki qurğunun arxa panelində kameranın alt hissəsində yerləşdirilib. Barmağı sensorun üstünə qoymaq və göstəricilər üçün ekrana baxmaq lazımdır.
 

Telefon 240 x 320 piksel təsvir ölçülü 2,4 düymlük ekranla təchiz edilib. Qurğuya quraşdırılmış daşıyıcının tutumu 32 QB-dək ola bilər. Həmçinin radioqəbuledici və qulaqlıqlar üçün 3,5 mm-lik konnektor var.
 

Aparat 1800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bu, 6 günlük avtonom istifadə üçün kifayətdir. Telefon internetə qoşulmaya malik deyil. Buna görə o, sağlamlığına fikir verən yaşlı insanlar üçün əlverişlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır