ATU-nun rektoru imtahanların gedişi ilə tanış olub
24.06.2021 21:01
Azərbaycan Tibb Universitetində (ATU) 2020/2021-ci tədris ilinin yay semestrinin imtahan sessiyası davam edir. ATU-nun rektoru, professor Gəray Gəraybəyli sessiya çərçivəsində V kurs tələbələrinin imtahanlarında iştirak edib. Görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tədris şöbəsinin müdiri Samir Cavadov, İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova iştirak edib.
Aztibb.az xəbər verir ki, rektor Gəray Gəraybəyli imtahan auditoriyalarında tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani şəkildə tanış olub. Auditoriyaya daxil olmazdan əvvəl görülən təhlükəsizlik tədbirlərinin (hərarətin ölçülməsi, ara məsafəsinin saxlanması) icrası ilə maraqlanıb. Eyni zamanda, tələbələrin və imtahan komissiyası üzvlərinin imtahanların gedişi ilə bağlı təəssüratları ilə maraqlanıb, təklif və rəylərini dinləyib, bəzi məsələlərlə bağlı müvafiq tapşırıqlar verib. Rektor imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün bundan sonra da bütün mümkün tədbirlərin görüləcəyini qeyd edib.
Qeyd edək ki, imtahan sessiyasını canlı izləmək, prosesin gedişi ilə yaxından tanış olmaq məqsədilə rektor və universitet rəhbərliyi tərəfindən mütəmadi olaraq belə reydlər təşkil olunur.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan Tibb Universiteti, ASA və Çexiyanın Karlov Universiteti arasında üçtərəfli görüş keçirilib
27.10.2026 | 10:43
Azərbaycan Tibb Universiteti Koreyada beynəlxalq əməkdaşlıq platformasında təmsil olunub
26.10.2026 | 08:35
Azərbaycanlı alimlər Cənubi Koreyada beynəlxalq tədbirdə iştirak ediblər
23.10.2026 | 16:49
ATU magistrantı antibiotik rezistentliyinin profilaktikası ilə bağlı təqdimatla çıxış edib
23.10.2026 | 15:48
Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac var
23.10.2026 | 15:16
ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 | 12:42
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
18.10.2026 | 09:20
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19

