"Ginnessin Rekordlar Kitabı”na düşən 300 qram ağırlığında körpə
21.06.2021 23:01

“Həyatda ən erkən doğulmuş körpə” olaraq qeydə alınan Richard Hutçinson 1 yaşına qədəm qoyub.

 

Aztibb.az xəbər verir ki, R.Hutçinson 5 aylığında 330 qram ağırlığında dünyaya gəlib və həkimlər onun yaşama şansının olmadığını deyiblər.

 

Bu gün Hutçinsonun 1 yaşı tamam olub. Ailəsi “möcüzə körpə” olaraq bilinən Hutçinsonun ilk ad günündən görüntüləri insanlarla paylaşıb. Anası bildirib ki, Hutçinson tibbi fəsadları səbəbiylə keçən il ABŞ-ın Minnesota ştatının  Minneapolis şəhərində beş aylığında dünyaya gəlib. 131 gün vaxtından əvvəl dünyaya gələn körpə o qədər kiçik olub ki, anası onu ovucunda apara bilib. Bu müddətdə uşaq altı aydan çox xəstəxanada qalıb və pandemiya səbəbindən anası onun yanında qala bilməyib. 

 

Anası oğlunun “Ginness Rekordlar Kitabı”na düşməsindən danışarkən belə yazıb:“Yaşadıqlarımız həqiqi  görünmür. Hələ də çox təəccüblənirik. Ancaq çox xoşbəxtik”. 

 

Uşağın uzun müalicə müddətində əməyi olan həkim Kern Richardın xəstəxanadan çıxardıldığı an onu beşiyindən götürdüyündə göz yaşlarını saxlaya bilmədiyini deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır