Neyrosensor eşitmə zəifliyində effektiv müalicə metodu
13.07.2020 13:01

Kəskin neyrosensor eşitmənin itkisi səs qavrayışının ən çox yayılmış polietioloji patologiyasıdır.

 

Aztibb.az remedium.ru-ya istinadən xəbər verir ki, bu xəstəlikdə əsas müalicə üsulu sistemik qlükokortikosteroidlərlə terapiya hesab edilib. Son illərdə isə topikal terapiyaya maraq artıb.

 

Həmçinin qeyd edilir ki, intratimpanik inyeksiyalar xəstəyə xeyli narahatlıq yaradır və prosedurun tətbiqi üçün 1 saat tələb olunur. Narahatlığı aradan qaldırmaq və sərf olunan müddəti azaltmaq üçün birtərəfli kəskin neyrosensor eşitmə itkisindən əziyyət çəkən 41 xəstə üzərində araşdırma aparılıb.

 

Onlar 3 qrupa bölünüb. 

 

Birinci qrup xəstələrə eşitmə borusunun faringeal ağzının kateterizasiyası, sonra timpanik boşluğa daxil edilməsi ilə 1 ml həcmində deksametazon 4 mq / ml qəbul etdirilib.

 

İkinci qrup xəstələr 2 yarımqrupa bölünüblər: birinci alt qrupda olan xəstələrə radio dalğa aparatından istifadə edərək qulaq pərdəsində əvvəlcədən olan dəlikdən 0,5 ml həcmində deksametazon 4 mq / ml tətbiq edilib.

İkinci alt qrupun xəstələri üçün, timpanik membranın tətbiqi anesteziyasından sonra deksametazon 4 mq / ml 0,5 ml-lik bir klassik intratimpanik inyeksiya edilib. Audioloji tədqiqat müalicədən 1,2 həftə öncə, 1,6 ay müddətinə aparılıb. 

 

Araşdırma nəticəsində məlum olub ki, birinci qrup aid olan xəstələrin müalicə müddəti gündə 30 dəqiqə, 2-ci qrupdan olan 1-ci alt qrupa aid olanların müalicə müddəti 20 dəqiqə çəkib. Ən uzun müddət isə 2-ci qrup xəstələrin 2-ci alt qrupunda olub - təxminən 1 saat.

 

Steroid terapiyasının yerli metodlarının tətbiq müddəti orta hesabla 14 gündür.

 

Mütəxəssislərin fikrincə, bu xəstəliyin müalicəsində radio dalğası miringotomiyası ən təhlükəsiz və əlverişli üsuldur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır