İsti çaya qarışdırılaraq içilən balın faydası varmı?
19.06.2021 08:20

Son illər mütəxəssislərin şəkər tozu haqqında apardığı araşdırmalar bu maddənin insan orqanizmi üçün bir çox patologiyaların əmələ gəlməsində rolu olduğunu təsdiqləyib.


Aztibb.az xəbər verir ki, mütəxəssislər şəkər tozunun bal ilə əvəz edilməsini məsləhət görürlər. Çünki balın tərkibindəki şəkər təbiətdən gələn və tərkibi dəyişilməyə məruz qalmayan şəkərdir.


Orqanizm ehtiyacı olan enerjini qlükozadan alır. Qlükozanı isə oqranizm qəbul etdiyi qidalar vasitəsilə qəbul edir. Orqanizm bir müddət qlükoza qəbul etmədikdə halsızlaşır və qlükozaya olan ehtiyacını açıqca hiss edir.


Şəkərin tərkibi 50% qlükoza və 50% fruktozadan ibarətdir. Balın tərkibində isə 30% qlükoza, 40% fruktoza və 30% isə dekstrin və karbohidratlardan ibarət olan 20 cür müxtəlif şəkər vardır. Fruktoza suda çox rahat həll olduğuna görə qaraciyərə zərər vermir. Bunun səbəbi balın təbii şəraitdə tərkibini dəyişə bilməməsi və xarab olmamasıdır. Balın tərkibində qoruyucu qatqı maddəsinin olduğuna görə o, orqanizmə heç bir zərər vermir.


Bu səbəbdən də mütəxəssislər şirin çay içmək istəyənlərə şəkər tozu əvəzinə çaylarına bal qatmağı məsləhət görürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir