Sağlamlıq imkanları məhdud olan gənclər arasında müsabiqə keçirilib
18.06.2021 19:06

Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq İstrahət Mərkəzində sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi təşkil edilib.

 

NMR-nin Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müsabiqə iştirakçıları “Ağbulaq kəndinin mənzərəsi” və sərbəst mövzuda rəsm çəkiblər. Sonda həmin rəsm nümunələrinin sərgisi təşkil olunub və qaliblər müəyyənləşib.

 

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Məmməd Məmmədli və Aysu Zeynalova birinci yerə layiq görülüblər. Gülay Zeynalova, Fərid Qafarlı və Pünhan Səfərov ikinci olublar. Ərkan Əsgərov, Elnurə Quliyeva və Mikayıl Məmmədov isə üçüncü sırada qərarlaşıblar.

 

Qaliblər və həvəsləndirici yer tutan iştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir