Salyanda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub  
18.06.2021 11:02

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Salyan Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayon icra hakimiyyətinin nümayəndələri, bir sıra idarə, təşkilat və müəssisələrin əməkdaşları, eləcə də tibb işçiləri iştirak ediblər.

 

Əvvəlcə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək  şərəfli peşə sahiblərini bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

Daha sonra Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, cərrah-qastroenteroloq, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov çıxış edib. O, tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək, son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Ölkəmizdə səhiyyənin inkişafından, Prezident İlham Əliyevin diqqət və qayğısından bəhs edən Ramin Qasımov dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqətin, bu qayğının nəticəsi olduğunu söyləyib.

 

Təntənəli yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə göstərdikləri xidmətlərə görə və Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə rayon icra hakimiyyətinin Fəxr fərmanları və rayon mərkəzi xəstəxanasının Təşəkkürnamələri təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır