10 övlad sahibi qadın kürəkəninin qaraciyər toxuması ilə SAĞLAMLIĞINA QOVUŞDU
17.06.2021 13:20

Türkiyədə yaşayan 68 yaşlı Duriyə Dəmirdövən bir il öncə xəstəliyi səbəbindən xüsusi bir xəstəxanaya yerləşdirilir.

 

Qaraciyər xərçəngi diaqnozu qoyulan qadın şikayətləri artdıqdan sonra Ege Universiteti Xəstəxanasına köçürülür.

 

Aztibb.az xəbər verir ki, 3 ay əvvəl həkimlər yaşlı qadına təcili orqan nəqli ilə bağlı qərar verir. D.Dəmirdövənin bütün övladları analarının yaxşılaşması üçün qaraciyər toxumalarını bağışlamaq istədiyini bildirirlər. Lakin övladlarının qanı və toxumaları uyğun gəlmədiyi üçün onlardan toxuma transplantasiyası məqsədəuyğun hesab edilmir.

 

Sağlamlığı gündən-günə pisləşən qadına 40 yaşındakı kürəkəni Özgür Güləç qaraciyər toxumasını bağışlamaq fikrini bildirir. Müayinələrdə qan qrupları eyni olan Ö.Güləçin qayınanasına qaraciyər toxuması verməsinin mümkün olduğu müəyyən edilir.

 

Ege Universiteti Orqan Nəqli Tətbiq və Araşdırma Mərkəzində əməliyyatdan sonra D.Dəmirdövən sağlamlığına qovuşub.

 

“Kürəkənim sayəsində sağlamlığıma döndüm. Mənə “Ana, sənə qaraciyərimi vermək istəyirəm” deyəndə şok oldum və təsirləndim. Övladlarım və nəvələrimlə zaman keçirmək üçün çox darıxmışam. Çox xoşbəxtəm, sağlamlığıma qovuşdum”,– deyə D.Dəmirdövən bildirib.

 

"Qaraciyər toxumamı düşünmədən qayınanama bağışlamaq istədim. Çünki o mənim anamdır. Sağlamlığına qovuşduğuna görə çox xoşbəxtəm. Transplantasiya əməliyyatından sonra yaxşıyam. Həyat qurtarmaq çox gözəl bir hissdir”, – Ö.Güləç söyləyib. Əməliyyatlarında iştirak edən həkimlər – Murad Zeytunlu və Alpər Uğuz uğurlu cərrahiyyədən sonra hər ikisinin sağlamlıq vəziyyətinin çox yaxşı olduğunu bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir