Pullu dəmrovun bitkilərlə müalicəsi - RESEPT
13.06.2021 13:09
Pullu dəmrov (psoriaz) dirsək, diz, baş, bel, bəzən qarının dərisində baş versə də, o, təkcə dəri patologiyası deyil, bütün bədənin xəstəliyidir. Bu səbəbdən də dəri müalicəsi ilə paralel olaraq daxili orqanların da müalicəsi aparılmalıdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
O, bildirib ki, psoriaz xəstələri ağ çörəkdən, konserv məhsullarından, alkoqol və siqaretdən tamamilə imtina etməli, qidasında ət yeməklərini azaltmalı, tərəvəzləri çiy şəkildə və ya salatlar formasında yeməyə üstünlük verməlidirlər. Əsəb gərginliyi və stres bu xəstəliyin kəskinləşməsinə səbəb olur. Əsəbləri sakitləşdirmək üçün uzun müddət dazıotu dəmləməsi içilməlidir. Xəstəliyin müalicəsi qaraciyərdən başlamalıdır.
 
Qaraciyər üçün məcunun hazırlanması:
 
Alaqanqal – 50 qram
Çörəkotu – 30 qram
Udi hindi – 30 qram
Sarıkök – 50 qram
Zəncəfil – 30 qram
Dəmrovotu – 30 qram
Bal – 1.2 kq
 
İstifadə qaydası :
 
Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilməsi qaraciyərin fermentativ aktivliyini gücləndirir. Məcun acı və ya quru alındıqda əlavə olunan balın miqdarını 1.5 kq-a qədər artırmaq olar.
 
Psoriaz zamanı bağırsaqların mikroflorasının normal olmasının böyük əhəmiyyəti vardır. Bunun üçün ən ideal vasitə Qafqaz kefiridir. Gündə 2 dəfə, günorta və axşam, yemək zamanı 1 stəkan kefir içmək, hər ayın tamamında 10 gün fasilə vermək lazımdır. Kefir ev şəraitində, təzə sağılmış inək südündən hazırlandıqda onun probiotik tərkibi daha zəngin olur.
 
Psoriaz zamanı həftədə 2 dəfə oruc tutulmalıdır, çünki aclıq xəstəliyin aktivliyini azaldır. Çay, qəhvə, qazlı içkilər əvəzinə adi çiy sudan istifadə olunmalıdır. Psoriaz xəstəliyi olan adamlar yatanda başlarının altına hündür yastıq qoymalıdırlar, başı alçaq edib yatmaq xəstəliyi daha da artırır.
 
Psoriaz mazı:
 
Psoriaz üçün səpgiləri əhəmiyyətli dərəcədə azaldan maz var. Məlumat üçün mazın tərkibini yazıram : naftalan nefti (təmizlənmiş), ardıc qətranı, lanolin, dəmrovotu, udi hindi, yatıqqanqal, gülümbahar və zeytun yarpağının sulu ekstraktları, təmizlənmiş solidol.
 
Yaxşı olar ki, bu mazı vurmazdan 2 saat əvvəl səpgilərin üstünə təbii alma sirkəsi vurulsun, sonra bu maz istifadə olunsun. Naftalan nefti nemətdir, psoriazlı xəstələrə naftalan vannaları qəbul etmək faydalıdır. Psoriaz xəstələrinə hər 3 aydan bir hicama etdirilir. (Bu arada dəmrovun 4 növü məlumdur : Çəhrayı dəmrov, Kəmərləyici dəmrov, Əlvan dəmrov, Saçqıran dəmrov.) Maraqlı olsa onlar haqqında da paylaşım edərəm.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev