Əmanətlərin Sığortalanması Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qanvermə aksiyası keçirib
03.06.2021 17:39

Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədilə qanvermə aksiyası keçirilib.

 

Aztibb.az xəbər verir ki, Fonddan verilən məlumata görə, hazırda respublikada yüzlərlə qan xəstəliklərindən əziyyət çəkən uşaqların köməyə ehtiyac var. Bildirilib ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.

 
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək vermək, eyni zamanda, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım edərək onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunda könüllü olaraq bu tədbir həyata keçirilib. Fondun əməkdaşları yüksək həvəs nümayiş etdirərək qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün aksiyada fəal iştirak ediblər. Əməkdaşlar öncə ümumi qan analizi verdikdən sonra tibbi müayinədən keçiblər və hər hansı bir infeksion xəstəliyə rast gəlinmədiyi təqdirdə qanverməyə qoşula biliblər.

 

Aksiyada iştirak edən əməkdaşlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermənin xeyirxah və savab iş olduğunu vurğulayaraq, bu tipli aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

 

Sosial yönümlü aksiya mövcud pandemiya vəziyyəti ilə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər