Meteorizmi yaradan əsas SƏBƏBLƏR - Nələrə diqqət edilməli?
19.05.2021 13:27
Mətbəximiz bol yağlı, ədviyyatlı və ətli yeməklərlə zəngindir. Yeməkdən daha çox çörək yeyənlər və yanaşı olaraq gün ərzində sadəcə 1-2 stəkan su içən insanlar çoxdur. Bu sadalananların hər biri meteorizm, yəni həzmin tam olmaması ilə bağlı olan meteorizmin (qaz) əmələ gəlməsinə səbəb ola bilər.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, qidanın həzmi ağızda çeynənmə ilə başlayır. Çeynənmiş qida udularaq mədəyə düşür, həzm fermentləri ilə qarışaraq kimyəvi mübadilə başlayır ki, bu da nazik bağırsaqda davam edir. Ən son həzm prosesi yoğun bağırsaqda tamamlanır və qalıq orqanizmdən xaric olunur.
 
Həzm prosesi zamanı az miqdarda qazın əmələ gəlməsi normaldır və yaranmış qaz mədə-bağırsaq sistemi tərəfindən orqanizmdən xaric olunur. Lakin bəzən bu həddən çox olur və patoloji hal alır ki, pasiyent qazı xaric edə bilmədiyi üçün narahat olur, bu halda müalicə olunmaq lazımdır.
 
Qazın əmələgəlmə səbəbləri:
 
• Bağırsaq florasının pozulması (disbiyozis);
• Həzm prosesinə bağlı hissiyyatın olmaması (nəcis və qaz xaric etmə aktı);
• Həzm fermentlərinin çatışmazlığı (öd kisəsi əməliyyatı sonrası, disbiyozla əlaqədar olaraq əmələ gələn pankreas fermentlərinin çatışmazlığı);
• Bağırsaq göbələyi (Candida) və s;
 
Bu səbəblərin yaranmasına zəmin yaradan hallar isə aşağıdakılardır:
 
• Sürətli şəkildə qida qəbulu;
• Uzun aclıqdan sonra bir dəfəyə çox miqdarda qidanın qəbulu;
• Rejimsiz qidalanmaq;
• Birtərəfli qidalanma;
• Az su içmək;
• Yemək yeyərkən su içmək;
• Rafinə olunmuş qidalar qəbul etmək;
• Axşam saatlarında çox yemək;
• Tualet qaydalarının olmaması;
• Lifli qidaların azlıq təşkil etdiyi qidalarla qidalanmaq.
 
Bütün bunları nəzərə alaraq hələ də meteorizm problemləri varsa, mütəxəssis həkimə müraciət etmək məsləhətdir.
 
Qidanın fermentativ parçalanmasından sonra bağırsaq bölgəsindən gələn limfa, bağırsaq divarlarında olan və limfa sisteminin 80%-ni təşkil edən ən böyük limfatik orqan Peyer plaklarının da açıldığı ən vacib təmizləyici orqan qaraciyərə gətirilir. Qeyri-düzgün qidalanma nəticəsində bağırsaqlarda yığılan toksinlərin qaraciyərə daxil olmadan Peyer plaklarını blok edir. Orqanizm uzun müddət bu zəhərlənmə nəticəsində kompensator olaraq işlədiyi zaman bir müddət sonra bu hal hər hansısa xəstəlik şəklində özünü biruzə verməyə başlayır. Buraya aşağıdakı xəstəliklər aiddir:
 
• Allergiya;
• Xroniki dəri xəstəlikləri;
• Revmatik xəstəliklər;
• Müxtəlif mikrob mənşəli xəstəliklər;
• Xroniki yorğunluq;
• Yuxu problemləri;
• Psixoloji xəstəliklər.
 
Bu kimi xəstəliklər illərlə davam edən bağırsaq zəhərlənmələrinin nəticəsidir.
 
Bundan başqa immun sistemə bir sıra digər problemlər də mənfi təsir göstərir. Bunlara depressiya, motivasiya əksikliyi, həddən artıq gərginlik, daimi yorğunluq və istəksizlik, müalicəyə tabe olmayan generalizə olunmuş qaşıntı və s. aiddir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev