Zəif görənlər üçün sosial məsafəni qorumağa kömək edən mobil tətbiq hazırlanıb
17.05.2021 15:52

“IBM” şirkətinin tədqiqatçıları tərəfindən zəif görən insanlar üçün hazırlanmış unikal proqram insanlar arasında sosial məsafənin təyin edilməsi üçün smartfonun kamerasından istifadə edir. Yeni proqram artıq yüksək effektivlik nümayiş etdirir.

 

Aztibb.az 4pda.to saytına istinadən yazır ki, görmə qüsuru olmayan insan yaxınlığında olan insanlarla arasındakı məsafəni asanlıqla təyin edir. “IBM” komandası bunu zəif görənlər üçün də reallaşdırmağa cəhd edib. Süni intellekt texnologiyaları əsasında işləyən “LineChaser” proqramı smartfonun kamerası və infraqırmızı sensorundan istifadə edərək onun sahibinin irəliyə hərəkət edib-etməməsini müəyyənləşdirir.

 

Smartfon zəif görən istifadəçinin kiməsə çox yaxınlaşdığını qeydə alan kimi siqnal çalır. Bu, gəzinti və mağazada alış-veriş vaxtı koronavirusa yoluxma riskini minimuma endirir. Birinci testlər nəticəsində məlum olub ki, “LineChaser” tətbiqindən istifadə 91,7% halda münasib sosial məsafəni qorumağa imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır