Radioterapiya Altsheymer xəstəliyində kömək edir - TƏDQİQAT  
10.05.2021 10:17

Radioterapiya və ya şüa terapiyası haqqında adətən onkoloji xəstəliklərlə bağlı danışılır. Torontoda Beykrest Tibb Mərkəzinin və Sannibruk Xəstəxanasının əməkdaşları “Journal of Alzheimer's Disease” nəşrində yazırlar ki, ionlaşdırıcı şüalanma Altsheymer sindromlu xəstələrə də faydalı təsir göstərir. İlk dəfə 2015-ci ildə qadın pasiyentin beyininə şüa yönəldiləndən sonra onda koqnitiv funksiyalar, eləcə də nitq yaxşılaşıb, iştaha artıb, xəstə hərəkətlərinə daha yaxşı nəzarət etməyə başlayıb.

 

Aztibb.az “Nauka i jizn” saytına istinadla xəbər verir ki, tədqiqatçılar şüanın bu təsirini dörd ağır xəstə üzərində yoxlayıblar. İki həftə intervalla onlara üç dəfə az miqdar dozada şüa yönəldilib – şüalanma mənbəyi kimi kompüter tomoqrafiyası üçün adi aparatdan istifadə olunub. Xəstələrin vəziyyəti həm xüsusi testlər, həm də onların qohumlarının və yaxınlarının rəyləri əsasında qiymətləndirilib. Məlum olub ki, üç pasiyentin vəziyyəti ilk şüalanma seansından sonrakı gün yaxşılaşıb. Xəstələr ətrafda baş verənlərə fəal reaksiya verib, daha hərəkətli olmağa başlayıb, qohumlarını daha asan tanıyaraq onlarla qismən münasibətdə olublar.

 

İonlaşdırıcı şüalanmanın müxtəlif effektləri var və bunlardan biri oksidləşdirici stresdir: hüceyrədə aqressiv oksidləşdirici molekullar meydana gəlir, onlar zülalları, nuklein turşularını və lipidləri zədələyir. Öz növbəsində, hüceyrələrdə təhlükəli birləşmələrdən xilas olmaq üçün müdafiə sistemi var; eyni vaxtda DNT-də mutasiyaları düzəldən “təmir” sistemi işə düşür. Yaşla əlaqədar hüceyrə təhlükəsizlik sistemi pis işləməyə başlayır, lakin şüalar, görünür ki, onları yaxşı “silkələyir”. Ola bilər ki, biokimyəvi müdafiənin aktivləşdirilməsi neyronların özünə gəlməsinə kömək edir və beləliklə, Altsheymer əlamətləri geri çəkilir.

 

Alimlərin qarşısında şüalanmanın müalicəvi effektinin nə qədər davam edəcəyini müəyyənləşdirmək dayanır. Əgər nəticələr çox sayda pasiyentlərdə təsdiqlənərsə və effekt uzunmüddətli olarsa, radioterapiya Altsheymer xəstəliyini ləngitməyə imkan verən kilinik alətlərdən birinə çevrilə bilər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub