"Kafe və restoranlara yalnız vacib hallarda gedin" - Baş infeksionist əhaliyə müraciət etdi
18.08.2020 16:59

Vətəndaşlara kafe və restoranlara yalnız vacib hallarda getməyi tövsiyə edərdim.

 

Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, insanlar ictimai iaşə obyektlərinə üz tutsalar belə, qoyulan qaydalara ciddi riayət etməlidirlər:

 

“Bu gündən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verildi. Çalışmaq lazımdır ki, ciddi bir səbəb olmadan restoranlara getməyək. Müvəqqəti çətinlikdir və bunu qəbul etmək lazımdır. Həmin məkanlara getdikdə isə vətəndaşlar bu günə kimi Operativ Qərargahın qoyduğu qaydalara necə riayət edirdilərsə, eyni qayda ilə hərəkət etməlidirlər. Ara məsafəsi gözləmək, gigiyena qaydalarına riayət etmək və çox sıx təmas yaranarsa, mütləq maskadan istifadə etmək lazımdır. Yalnız masa arxasında əyləşərkən qida qəbulu zamanı maskalar çıxarıla bilər. Hər kəs bu qaydaları gözləməlidir”.

 

Qeyd edək ki, avqustun 18-dən etibarən Nazirlər Kabinetinin qərarına görə, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) fəaliyyətinə icazə verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib