Naxçıvanda yetişən QƏPİKOTU bitkisi herpes virusu ştammlarını məhv edir
04.05.2021 14:23

Naxçıvan Muxtar Respublikası ərazisində yetişən Paxlalıkimilər fəsiləsinin Qəpikotu cinsinin 7 növündən biri olan Azərbaycan qəpikotu (Hedysarum atropatanum) bitkisinin tərkibindəki ksanton qlikozidi manqiferini ingibitasiya etməklə virusu reproduksiya edir. Virusa qarşı hazırlanan µ-interferon qan hüceyrələrində bakterostatik təsirlə qrammüsbət və qrammənfi bakteriyalara, ibtidailərə və vərəm mikrobakteriyalarına (Kox çöplərinə) qarşı təsirlidir. Bitkidən hazırlanan “Alpizarin” preparatı fərdi xüsusiyyətə malik manqiferin qlikozidinə görə təsir edir. Bu preparatdan hazırlanan məlhəm və həblər virusəleyhinə dərman kimi keratit və dermatitlərdə herpes virusu ştammlarını məhv edir. Bitkidən hazırlanan ekstraktdan kişi impotensiyalarında müsbət nəticələr əldə edilib.

 

Bu barədə Aztibb.az-a AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun İnnovasiya və elmi istehsalat şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov məlumat verib.

 

R.Ələkbərovun sözlərinə görə, çoxillik ot bitkisi olan Azərbaycan qəpikotu növünün ölkəmizdə kökləri avqust ayının ortalarından sentyabr ayına qədər toplanılır. Kökün xarici səthi kartof kimi soyularaq yeyilir. Çiçəkləri tünd-çəhrayı və ya bənövşəyi, bəzən ağ, qısa saplaqlı və xətti çiçək altlıqlıdır. Başlıca olaraq Naxçıvan Muxtar Respublikasının aşağı və orta qurşaqlarında (Şahbuz rayonu Külüs, Badamlı, Sirab, Babək rayonu Nəhəcir, Göynük kəndləri) rütublətli çəmən torpaqlarında, pöhrəliklərdə, daşlı-töküntülü və orta mezofil kolluqlarda daha çox rast gəlinir.

 

Mütəxəssis bitkinin toplanılması və qurudulması qaydalarından bəhs edib: “Yarpaqlı gövdəsi iyul-avqust aylarında 10-20 sm torpaqdan hündür olmaqla biçilir. Yerüstü hissələrini topladıqdan sonra müntəzəm olaraq kölgədə qurudulmalıdır. Bütünlüklə yarpaqları, çiçəkqrupu, gövdə hissəcikləri, bəzən yetişməmiş meyvələri belə xammal hesab edilir. Zəif iyli və büzücü dadlıdır. Tərkibində ksantonlar (manqiferin, izomanqiferin, qlükomanqiferin), flavonoidlər (hiperozid, polistixozid, avikulyarin), monosaxaridlər (qalaktoza, qlükoza, arabinoza, ksiloza), pektin maddələri, polisaxaridlər və askorbin turşusu vardır. Gövdə və yarpaqlarının tərkibində makro və mikroelementlər olan Сa, Мn, Mo, Cu və Se tapılmışdır”.

 

O, qeyd edib ki, bu bitkidən hazırlanan “Alipizarin” və “Roqlidis” adlı dərman preparatları virus əleyhinə təsirə malikdirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev