Onurğanın inkişaf anomaliyaları nevroloji simptomatika ilə müşayiət oluna bilər
04.05.2021 14:02

Onurğanın inkişaf anomaliyaları – fəqərələrin sayının və ya formasının dəyişiklikləri ilə müşayiət olunan anadangəlmə vəziyyətdir. Növündən və dəyişikliklərin ağırlıq dərəcəsindən asılı olaraq onurğanın inkişaf anomaliyaları simptomsuz gedə və ya xəstənin xarici görünüşünün dəyişilməsi və nevroloji simptomatika (hissiyyatın pozulması, parezlər, trofik pozulmalar) ilə müşayiət oluna bilər.

 

Aztibb.az-ın tibbi mənbələrə istinadən verdiyi xəbər görə, onurğanın istənilən inkişaf anomaliyası fəqərə sütununun statik davamlılığını azaldır və onurğanın qazanılmış xəstəliklərinin inkişaf ehtimalını artırır. Obyektiv müayinə, rentgenoqrafiya, KT və MRT-yə əsasən diaqnostika olunur. Sinir sisteminin zədələnməsinin ağırlıq dərəcəsini qiymətləndirmək məqsədilə nevroloji müayinə aparılır.

 

Onurğanın ən geniş yayılmış inkişaf anomaliyalarından biri də onurğanın anadangəlmə yırtıqlarıdır (Spina bifida). Bu, əksər hallarda V bel və ya I oma fəqərəsi qövsünün birləşməməsi ilə bağlı olur. Digər fəqərələrinin qövslərinin birləşməməsinə nadir hallarda rastlanır.

 

Qapalı Spina bifida daha çox rastlanır. Simptomsuz gedə və ya bel və oma nahiyəsində mülayim ağrılarla müşayiət oluna bilər. Sinir kökləri nahiyəsində çapıqvari dəyişikliklər əmələ gəldikdə sıxılmış sinirin innervasiya (təchiz) etdiyi nahiyədə hissiyyatın pozulması və parezlər meydana çıxır. Damar tonusu tənzimlənməsi və dərinin qidalanması pozulur, beləliklə, ödem və xora əmələ gəlir.

 

Anatomik nisbətin pozulması və onurğanın ikincili struktur zədələnməsi ilə əlaqəli zəif və ya mülayim kökcük sindromunda (kökcüklərin sıxılması nəticəsində hissiyyatın, hərəkətin və toxumaların qidalanmasının pozulması) konservativ müalicə (masaj, müalicəvi bədən tərbiyəsi və fizioterapiya) aparılır. Əlavə servikal fəqərə olduqda həmin fəqərə kənarlaşdırılır (fəqərənin rezeksiyası), başqa patologiyalarda onurğanın cərrahi müalicəsi həyata keçirilir. Dərin anomaliyalar, ağır fəsadların inkişafı təhlükəsi olduqda cərrahi korreksiya göstərişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev