Uşaqlarda qıcolma zamanı nə etməli? – Valideynlərin diqqətinə! 
04.05.2021 10:43

Son günlər yayılan qızdırmalar zamanı uşaqların əksəriyyətində qıcolmanın (sudurqa) şahidi oluruq. Övladı qıcolma keçirən valideyinin həyəcanını anlamamaq mümkün deyil. Həmin an ağla nədənsə ilk olaraq uşağın ağzını açıb dili tutmağa çalışmaq gəlir. Bu, yalnış addımdır. Sonradan uşağın ağzında, dilində ciddi yaralanma, qanaxma olduğunu görürük.

 

Aztibb.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Günay Rəsulova deyib. 

 

Həkimin sözlərinə görə, heç kimin övladı bu vəziyyətdən sığortalanmayıb. Odur ki, qıcolma zamanı nə etmək lazım olduğunu həmişə diqqətdə saxlamalıyıq. Çünki tam sağlam uşaqlar da belə qızdırmadan qıcolma keçirə bilər:

 

"Yüksək qızdırma zamanı uşaqda periferik damarlar spazm etdiyinə görə əl-ayaq soyuq ola bilər. Bu, sizi çaşdırmasın. İstilik olduqda və ya uşağın birdən-birə halsızlaşıb süstləşdiyini, zarımağa başladığını hiss etdikdə onun dərhal qızdırmasını ölçün. Qıcolma çox vaxt istiliyi fərq edilməyən, əli, ayağı soyuyan və üşüyən uşağı isitməyə çalışarkən baş verir. Belə bir halın olmaması üçün hərarət 38,5-i keçən kimi parasetamol içirmək, uşağı soyundurmaq, bədənini ilıq su ilə silmək, otağın havasını sərinləşdirmək lazımdır.

 

Qıcolma keçirən uşağı sadəcə sağ böyrü üstə uzadaraq təcili yardım çağırmaq vacibdir. Özünüz daha tez çata bilərsinizsə, uşağı ən yaxındakı tibb müəssəsinə aparın. Uşağın ağzını açaraq dili tutmağa çalışmayın. Əgər siz uşağı böyrü üstə çevirmiş olsanız, dil arxaya gedib uşağı boğmaz. Yalnız dilin dişlər arasında qalıb sıxıldığını görsəniz dişləri aralayıb dili xilas edin. Qızdırmadan olan qıcolmalar çox zaman təhlükəsizdir. Amma hər halda belə uşağın bir nevroloq müayinəsindən də keçməsini tövsiyə edirik. Ən çox yol verilən səhvlərdən biri isə qızdırmaya bağlı sudurqa keçirmiş uşağa sonradan uzun müddət təyin edilən qıcolma əleyhinə dərmanların verilməsidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev