Koronavirus insanlara gigiyenik qaydalara əməl etməyi öyrətdi – TƏBİB rəsmisi
18.08.2020 14:35

Koronavirus pandemiyası başa çatdıqdan sonra insanlarda gigiyenik qaydalara ciddi əməl etmək vərdişləri yaranacaq.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri “AzTV”də yayımlanan “Hədəf” analitik-informasiya proqramında çıxışı zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva səsləndirib.


O, qeyd edib ki, pandemiyadan sonra insanların səhhətində bir qədər naxoşluq yarandıqda əllərini tez-tez yumağa və maskadan istifadə etməyə üstünlük verəcəklər.

 

TƏBİB rəsmisi əlavə edib ki, artıq dünyanın bir sıra ölkələrində uşaqlara məktəbə daxil olarkən dezinfeksiya məhlullarından və maskadan istifadə vərdişləri aşılanıb.

 

F.Əliyeva ölkəmizdə uşaqlara bu kimi vərdişləri aşılamaq üçün görüləcək tədbirlərdən də danışıb. Onun sözlərinə görə, bu məqsədlə uşaqların diqqətini cəlb edəcək vasitələrdən istifadə etmək olar.

 

“Cizgi film qəhramanlarının əks olunduğu maskalar uşaqlarda məcburiyyət hissi yaratmadan maska taxmağa marağı artıra bilər”,  -deyə F.Əliyeva vurğulayıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib