Bu əlamətlər yumurtalıq xərçəngindən xəbər verir
29.04.2021 12:30

Yumurtalıqların xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli şişləri arasında uşaqlığın xəsrçəngindən sonra ikinci yeri tutur. Əsasən 40-60 yaş arası təsadüf olunur. Yumurtalıqların xəçəngi birincili, ikincili və metastatik olmaqla 3 yerə bölünür.


Aztibb.az xəbər verir ki, birincili xərçəng yumurtalıqların birincili zədələnməsindən əmələ gələn bədxassəli şişlərdir. Bunlara - differensiyasiya olunmamış karsinoma, disgerminoma, embrional karsinoma, xorionepitelioma, yetişməmiş teratoma və qonadoblastoma aiddir.

 

Yumurtalıqların xərçənginin inkişafını izah edən 3 hipotez mövcuddur. Hesab olunur ki, yumurtalıqların xərçəngi digər ovarial şişlər kimi estrogenə həssas vəzi toxumasında şiş transformasiyasının yaranma  ehtimalını artıran uzunmüddətli hiperestrogeniya fonunda inkişaf edir.


Yumurtalıqların ikincili xərçəngi (sistadenokarsinoma) - yumurtalıqların xoşxassəli şişlərinin və ya sərhəd şişlərinin bədxassəli şişlərə keçməsindən əmələ gəlir və bədxassəli şişlərin 80-88%-ni təşkil edir. Çox vaxt yumurtalıqların ikincili xərçəngi seroz, bəzən isə musinoz sistadenomalardan əmələ gəlir. Yumurtalıqların ikincili zədələnməsində endometroid sistadenokarsinoma da aiddir ki, bu şişlər əsasən gənc qadınlarda təsadüf edilir və sonsuzluqla müşayiət olunur. Xəstəlik çox vaxt gizli şəkildə inkişaf edir. Yumurtalığında şiş olan xəstələr xərçəng inkişaf etdikdən sonra qarının aşağı hissəsində ağrıdan və bu ağrının ən çox aşağı əyilərkən baş verdiyindən şikayətlənirlər.

 

Bəzi yanaşmalara əsasən, yumurtalıqların xərçənginin formalaşmasına erkən menarxe, gec menopauza, hamiləliklərin sayının az, laktasiya dövrünün isə qısa olması ilə əlaqədar daimi ovulyasiya təsir edir. Fasiləsiz ovulyasiyalar yumurtalıq stromasının epitelinin dəyişməsinə səbəb olaraq, DNT-nin aberrant zədələnməsinə və onkogenlərin ekspressiyasının aktivləşməsinə şərait yaradır.


Bu xərçəngin müalicəsi cərrahi yolla, şüa və kimyəvi terapiya ilə aparılır. 

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib