İnsultdan sonra reabilitasiya üçün implant hazırlanıb - YENİLİK
28.04.2021 12:47

Amerikalı alimlər işemik insultdan sonra insanlara əllərin hərəkətliliyini bərpa etməyə imkan verən implant hazırlayıblar.

 

Aztibb.az belta.by resursuna istinadən yazır ki, sözügedən implant “MicroTransponder” şirkəti tərəfindən hazırlanıb. "Vivistim" adlı qurğu boyun nahiyəsinə bərkidilir. İmplantın ölçüsü kibrit qutusu boydadır.

 

Layihənin müəllifləri bildiriblər ki, implant başdan qarın boşluğunadək uzanan siniri stimullaşdırır. Fiziki reabilitasiya zamanı implant beynin müəyyən sahələrinə elektrik siqnalları göndərir. Bunun nəticəsində beynin hərəkətləri daha yaxşı yadda saxlamasına kömək edən vacib kimyəvi maddələr (neyromediator) xaric edilir. Bu da neyron zəncirlərini möhkəmləndirir.

 

 

Araşdırmalar nəticəsində məlum olub ki, "Vivistim" insultdan sonra fizioterapiyanın səmərəliliyini xeyli yüksəldir. Qurğunun tətbiqi yan təsirlərə səbəb olmur. Xəstə üçün elektrik impulsları boğazda sancma kimi hiss olunur və bu, zamanla keçib gedir.

 

İmplantın sınaqlarında Böyük Britaniya və ABŞ-dan 108 insan iştirak edib. Onları iki qrupa bölüblər: bir qrupa "Vivistim"in işçi variantı, digər qrupa isə sıfır ardıcıllıqlı cərəyana malik implant quraşdırılıb. Paralel olaraq fizioterapiya aparılıb. 6 həftəlik ambulator müalicə və əlavə olaraq evdə 90 günlük müalicədən sonra birinci qrupdan olan insanların 47%-də əhəmiyyəli irəliləyiş qeyd alınıb. İkinci qrupda bu göstərici 25% təşkil edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır