Bağdad xəstəxanasındakı yanğında ölənlərin sayı 50 nəfəri ötüb - Yenilənib  
25.04.2021 13:02

İraqın paytaxtı Bağdad şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində ən az 82 nəfər ölüb, 110 nəfər yaralanıb.

 

Bu barədə Baghdad Al Youm xəbər portalı İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Halid əl-Mihnə istinadən bildirib.

 

Bildirilib ki, yaralananlar arasında vəziyyəti ağır olanlar da var.

 

*

Şənbə günü axşam Bağdadda koronavirus xəstələrinin müalicə olunduğu klinikada baş vermiş yanğında həyatını itirənlərin sayı 55 nəfərə çata bilər.

 

Bu barədə Al-Hadath telekanalı məlumat yayıb. Bununla yanaşı, İraqın insan hüquqları komissiyasının bazar günü səhər saatlarında yayılan məlumatına görə, təxminən 45 nəfər yanğının qurbanı olub. Ölkənin Səhiyyə Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

 

Bağdadın şərqində yerləşən İbn Əl-Xatib Xəstəxanasında yanğın binanın ikinci mərtəbəsində saxlanılan oksigen balonlarının partlaması səbəbindən baş verib. Orada ağır COVID-19 xəstələri üçün reanimasiya şöbəsi yerləşirdi. İkimərtəbəli bina daxildən tamamilə yanıb. Alovun söndürülməsinə 30-a yaxın yanğınsöndürmə briqadası cəlb edilib.

 

Bəzi məlumatlara əsasən, hadisə anında xəstəxanada təxminən 200 nəfər olub. Faciə ilə əlaqədar bütün ölkə üzrə üç günlük matəm elan olunub. Xəstəxananın baş həkimi, təhlükəsizlik xidmətinin rəisi və klinikanın texniki təhlükəsizliyinə məsul şəxslər saxlanılıb. Baş verənlərlə əlaqədar bazar ertəsi günü İraq parlamentinin təcili iclası gözlənilir.

ÇOX OXUNANLAR
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Həkimlərimizi tanıyaq: Həkim-nevroloq Vüsalə Məmmədova