Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
24.08.2026 11:48

ATU-nun I Cərrahi Xəstəliklər kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının ümumi və kolorektal cərrahı Pərvanə Aydınova tərəfindən doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozu ilə müraciət edən pasiyent üzərində cərrahi əməliyyat icra olunub.

 

Pərvanə Aydınova Aztibb.az-a bildirib ki, pasiyentdə doğuşdan sonra yaranan aralıq nahiyəsinin deformasiyası və III dərəcəli rektosel müəyyən edilib. Eyni zamanda, düz bağırsaqda polip aşkarlanıb.

 

Əməliyyat zamanı levatoroplastika, aralığın rekonstruksiyası və düz bağırsaqdakı polipin xaric edilməsi həyata keçirilib. Cərrahi müdaxilə nəticəsində aralıq nahiyəsinin anatomik bütövlüyünün və funksional vəziyyətinin bərpasına yönəlmiş müalicə aparılıb.

 

Pərvanə Aydınova qeyd edib ki, doğuşdan sonra yaranan aralıq deformasiyaları və rektosel xüsusilə doğuşlar arasında qısa müddət olan qadınlarda daha çox müşahidə edilə bilər.

 

Həkimin sözlərinə görə, bu kimi hallarda pasiyentin şikayətləri, anatomik dəyişikliklərin dərəcəsi və yanaşı problemlər nəzərə alınaraq fərdi müalicə taktikası müəyyənləşdirilir. Cərrahi müalicənin əsas məqsədi çanaq dibi strukturlarının anatomik quruluşunun bərpası və pasiyentin həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır