Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
24.08.2026 08:47

ATU-nun Urologiya kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı Reşad Məmmədov klinikada böyrək, sidik axarı və sidik kisəsi daşları ilə müraciət edən xəstələrin müalicəsi barədə Aztibb.az-a məlumat verib.

 

Həkimin sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin cərrahi müalicəsi mütəmadi olaraq uğurla həyata keçirilir. Müalicə olunan xəstələr arasında xüsusilə yanaşı xəstəlikləri olan, ağır piylənmədən əziyyət çəkən, eləcə də yaşlı pasiyentlər üstünlük təşkil edir.

 

“Xəstələrimiz arasında böyrək, sidik axarı və sidik kisəsinin müxtəlif nahiyələrində yerləşən daşlarla müraciət edən pasiyentlər var. Onların bir qismi daşların mürəkkəb yerləşməsi, yanaşı xəstəlikləri və əməliyyat riskinin yüksək olması səbəbindən digər tibb müəssisələrində cərrahi müdaxiləyə götürülməyən xəstələrdir”, – deyə Reşad Məmmədov bildirib.

 

Uroloq-cərrah qeyd edib ki, belə mürəkkəb klinik halların müalicəsində əsas üstünlüklərdən biri multidissiplinar yanaşmanın tətbiq edilməsidir. Klinikada xəstələrin yalnız uroloji deyil, eyni zamanda anestezioloji, kardioloji və nefroloji vəziyyətlərinin kompleks şəkildə qiymətləndirilməsi və müalicə prosesinin bütün mərhələlərində müvafiq mütəxəssislərin cəlb olunması üçün geniş imkanlar mövcuddur.

 

“Bu yanaşma yüksək əməliyyat riski olan xəstələrin təhlükəsizliyini təmin etməyə, onların vəziyyətini hərtərəfli qiymətləndirməyə və müalicə prosesini tam şəkildə başa çatdırmağa imkan verir” deyə həkim vurğulayıb.

 

R.Məmmədov qeyd edib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında mürəkkəb uroloji daş xəstəlikləri olan pasiyentlər üçün müasir tibbi imkanlar və müxtəlif ixtisaslı mütəxəssislərin birgə fəaliyyəti əsasında kompleks tibbi xidmət göstərilir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi