Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını ziyarət ediblər
19.08.2026 12:45

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalında müalicə olunan və hərbi hissələrdə xidmət edən sərhədçilər ziyarət olunublar.

 

Aztibb.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, ziyarətçilər görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbədən, hərbçilərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Onlar, həmçinin hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesi və hərbi hissələrdə xidmət şəraiti ilə maraqlanıblar.

 

Sonra hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.

 

Sərhədçilər yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır