Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır
20.08.2026 14:52

Quba Rayon Mərkəzi Xəstəxanasında hemofiliya və digər qan laxtalanma pozuntularına həsr olunmuş elmi-praktiki seminar keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində keçirilən seminarda hemofiliyanın müalicəsində tibb bacılarının rolu, multidisiplinar yanaşma, evdə müalicə və qanaxmalar zamanı təcili tibbi yardım mövzuları müzakirə olunub.

 

Tədbirin açılışında Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Azər Zeynalov çıxış edərək, hemofiliya xəstələrinin tibbi xidmətlə təmin olunmasında peşəkar əməkdaşlığın və bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Seminarda mütəxəssislər tərəfindən məruzələr təqdim olunub, qanaxmaların qarşısının alınması ilə bağlı praktiki nümayişlər keçirilib və iştirakçıların sualları cavablandırılıb.

 

Layihənin əsas məqsədi hemofiliya xəstəliyinin ev şəraitində müalicə və profilaktikası modelinin təşviqi, tibb işçilərinin bilik və bacarıqlarının artırılması, eləcə də xəstələrin həyat keyfiyyətinin yüksəldilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır