Azərbaycanlı alimin insultla bağlı tədqiqat işi nüfuzlu jurnalda nəşrə qəbul edilib
24.04.2021 23:31

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayevin insult xəstələri ilə bağlı elmi tədqiqatı Avropada nevrologiya sahəsi üzrə nüfuzlu jurnallardan biri kimi tanınan "European Journal of Neurology"də nəşrə qəbul edilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə N.Abdullayev sosial şəbəkədə məlumat verib. 

 

Qeyd edək ki, "European Journal of Neurology" Avropa Nevrologiya Akademiyasının rəsmi jurnalıdır və orada dərc edilən elmi tədqiqatlar elmi yenilikləri ilə fərqlənməklə yanaşı, eyni zamanda Avropada elmin istiqamətini də bəlli edir.

 

"Bugünkü gün bir azərbaycanlı kimi bunu bacarmaq və dünyanın ən tanınmış elm adamları ilə bir sırada dayanmaq sadəcə qürurvericidir. Elmi tədqiqatımız gənc insult xəstələrindəki effektiv beyin əməliyyatlarımızın uğurlu icrasından və faydalı kliniki nəticələrindən bəhs edir", - deyə N.Abdullayev vurğulayıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib