Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı
23.04.2021 17:49

Sabirabad rayonunda COVID-19 virusuna yoluxan xəstənin qohumundan rüşvət alan şöbə müdiri saxlanılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sabirabad  Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVID-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

ÇOX OXUNANLAR
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Həkimlərimizi tanıyaq: Həkim-nevroloq Vüsalə Məmmədova