Tibb Universitetində yeni şöbə yaradılıb
23.04.2021 13:56
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəylinin əmri ilə universitetin nəzdində Tibb təhsili və innovasiya şöbəsi yaradılıb.
 
Aztibb.az xəbər verir ki, şöbənin müdiri ATU-nun yetirməsi Aynur Orucova təyin olunub.
 
Yeni yaradılmasına baxmayaraq, artıq Tibb təhsili və innovasiya şöbəsi tam gücüylə fəaliyyət göstərir. Şöbə əsasən dərslərin yeni hazırlanma metodikaları, müəllim və tələbə yerdəyişməsində dəyişikliklər, interaktiv proqramlar, tələbələrdə analitik düşüncə və peşəkarlığın inkişaf etdirilməsi, mühazirələr, təcrübə və simulyasiya dərslərinin keyfiyyətinin yüksəldilməsinə nail olmağı nəzərdə tutur.
 
Qeyd edək ki, şöbənin müdiri Aynur Orucova 2012-ci ildə ATU-nun Stomatologiya fakültəsini bitirib. 2016-2019-cu illərdə Fransanın Strasburq Universitetinin Dental cərrahiyyə fakültəsində "Biomühəndislik" ixtisası üzrə magistr təhsili alıb. 2019-2020-ci illərdə isə həmin universitetin Tibb fakültəsində "Tibb elmlərində təhsil metodikası" üzrə magistr təhsili alıb. Bu müddət ərzində Strasburq Universitetinin nəzdindəki bir sıra klinika və laboratoriyalarda tədqiqatlar aparıb. A.Orucovanın “Diş kanal doldurucularının fiziki və kimyəvi xüsusiyyətləri” mövzusundakı diplom işi Strasburq Universitetinin Dental cərrahiyyə fakültəsində tədris proqramına daxil edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub