Nazir müavini müalicəsindən narazı olan qaziləri qəbul edib
22.04.2021 16:33

Əlillik meyarlarının təyini, məşğulluq və mənzil təminatı ilə bağlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirən bir qrup Vətən müharibəsi iştirakçısı nazirlik rəsmiləri tərəfindən qəbul edilib. 

 

Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əraziyə toplaşan jurnalistlərə açıqlamasında bildirib. 

 

Onun sözlərinə görə, bu gün təxminən 10 nəfər Vətən müharibəsi qazisi sorğu və  şikayətlərinin dinlənilməsi üçün nazirliyə dəvət olunub. Görüşdə nazir müavini Anar Əliyev, nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev, Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov və digər aidiyyati şəxslər iştirak ediblər: 

 

“Qazilərimizi dinlədik, müraciətləri qeydə alındı. Onların bir hissəsi əlillik meyarları ilə bağlı idi. ƏƏSMN qanunvericiliyə uyğun olaraq əlillik qruplarını təyin edir və əlillik təyinatının birinci hissəsi aidiyyati qurumlar - səhiyyə müəssisələri tərəfindən göndəriş və orada yazılan diaqnozlardır.

 

Nazirliyin müvafiq qurumu da məhz o diaqnozlara əsasən əlillik qrupunu təyin edir. Bu, qazilərimizə izah olundu və əlillik meyarlarının dəyişdirilməsi ilə bağlı onların təklifləri qeydə alındı. Aidiyyati qurumlarla bu istiqamətdə iş aparılacaq”. 

 

F. Talıbov həmçinin bildirib ki, bir neçə qazimizə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dəstək göstəriləcək. 

 

Nazirlik rəsmisinin sözlərinə görə, müraciətlərin bir hissəsi məşğulluqla bağlı olub: “O müraciətlər də yerində qeydə alındı və dərhal xidməti otağa keçən andan məşğulluq mərkəzlərinə tapşırıq veriləcək və qazilərin işlə təminatı istiqamətində iş görüləcək. Bütün şikayətlər operativ şəkildə həll ediləcək. 

 

Əlillik meyarlarının operativ qiymətləndirilməsi istiqamətində də iş gedir. Aidiyyati qurumların rəyləri nəzərə alınır. Vətən müharibəsindən sonra isə bu məsələ bir qədər də intensivləşib. Əlilik meyarlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması, təkmilləşdirilməsi ilə bağlı işlər son mərhələdədir. Bundan sonra ənənəvi olaraq qruplar üzrə deyil, əmək fəaliyyətini itirmə faizinə görə əlillik təyin ediləcək. Layihənin hazırlanmasında ən mütərəqqi, humanist, qabaqcıl təcrübədən istifadə olunub”. 

 

ÇOX OXUNANLAR
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Həkimlərimizi tanıyaq: Həkim-nevroloq Vüsalə Məmmədova