Kəsmik qaraciyər xəstəliklərinin profilaktikası üçün xeyirlidir  
20.04.2021 09:41

Süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, kəsmik yağlılıq dərəcəsinə görə yağlı, yağsızlaşdırımış və pəhriz növlərinə bölünür. Diyetoloqların fikrincə, maddələr mübadiləsinin tənzimlənməsində xüsusi rol oynayan az yağlı məhsuldan istifadə daha məqsədəuyğundur.

 

Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir. Bu məhsul orqanizmdə xolesterolun səviyyəsini azaldır. Ən əsası isə o, orqanizmin güclü toksinlərin və ya müəyyən dərman preparatlarının təsirinə məruz qaldığı zaman qaraciyərdə yağlanmanın qarşısını alır.

 

Amin turşularından (zülal) əlavə, kəsmik (xüsusilə A, E, F, B2 B6 və B12) fol turşusu, kalsium, dəmir, natrium, maqnezium, mis, sink, fosfor və flüor duzları kimi vitaminlərlə zəngindir. Məhz buna görə də, kəsmik asanlıqla həzm olunur. Hamilə qadınlar və südverən analar kəsmikdən yaxşı kalsium və digər mikroelementlər mənbəyi tapa bilməz.

 

Onu uşaqların qida rasionuna daxil etmək üçün körpələrin altı ayı keçməsi məsləhət görülür. Kəsmik orqanizmin toxumalarının böyüməsi və bərpası üçün lazımlıdır. Mütəxəssislər mənşəyi, hazırlanma şəraiti məlum olmayan, saxlanma müddəti ötmüş məhsulun sağlamlığa ciddi ziyan vurduğunu bildirilər. Elə buna görə də kəsmik alarkən bir sıra məqamlara mütləq diqqət yetirmək lazımdır. Rasiona gündəlik olaraq 150-200 qram kəsmik əlavə edilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib