Azərbaycanlı alimlər cərrahiyyə sahəsində ilk dəfə olaraq nüfuzlu “Springer” nəşriyyatında təmsil olunub 
05.04.2021 15:23

Dünyanın ən nüfuzlu elmi nəşriyyatlarından olan “Springer International Publishing” tərəfindən çap olunan “Prophylactic Surgery”  adlı kitabda Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının əməkdaşlarının müəllifi olduğu “Prophylactic Splenectomy” və “Prophylactic Surgery for Benign Diseases of Stomach and Duodenum” adlı iki fəsil çap edilib.

 

Aztibb.az xəbər verir ki, cərrahiyyə sahəsində ilk dəfə olaraq azərbaycanlı alimlər nüfuzlu “Springer” nəşriyyatı tərəfindən dərc olunan kitabda yer alan fəsillərin müəllifi qismində çıxış edirlər. Həmçinin bu kitab dünyada profilaktik cərrahiyyə ilə bağlı nəşr edilən ilk kitablardan biridir.

 

ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, kafedranın əməkdaşları – tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov və rezident dr. Fərəh Qəhrəmanovanın müəllifi olduqları “Prophylactic Splenectomy” (Profilaktik splenektomiya) fəslində profilaktik splenektomiya əməliyyatına olan göstərişlər, bir sıra orqanların bədxassəli törəmələri, hematoloji, anadangəlmə və digər bir çox xəstəliklərin müalicəsində və ağırlaşmaların qarşının alınmasında profilaktik splenektomiyanın rolu haqqında ətraflı məlumat öz əksini tapıb.

 

Kitabda yer alan digər fəsil – “Prophylactic Surgery for Benign Diseases of Stomach and Duodenum” (Mədə və onikibarmaq bağırsağın xoşxassəli xəstəliklərində profilaktik cərrahiyyə) adlanır. Bu bölmədə müəlliflər –  prof. Nuru Bayramov və kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Nadir Zeynalov tərəfindən mədə və onikibarmaq bağırsağın divertikulları, əməliyyatdan sonrakı gec mədə boşalması, hiatal yırtıq, qastro-ezofaqeal reflüks və bir sıra digər xəstəliklər, onların müalicəsi və profilaktikası zamanı icra edilən profilaktik əməliyyatlar barədə geniş məlumat təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub