Tibbdə süni intellekt - Bizi nə gözləyir?
03.04.2021 12:37

Texnologiyaların inkişafı səhiyyə sahəsində xəyal edilənləri aşmaqdadır. Günümüzdə tibbin gen tədqiqatları sayəsindəki inanılmaz inkişafını nəzərə alsaq, bu gedişlə gələcəkdə bir insanın hansı yaşda hansı xəstəliyə tutula biləcəyini öncədən bilmək təəccüblü olmayacaq. Odur ki, robot həkimlərin əməliyyat otaqlarında işə başlamalarına çox az qalıb.

 

Aztibb.az xəbər verir ki, hətta məlumatların süni intellektə əsaslanmaqla təhlili, eləcə də effektiv idarəçilik yöntəmi ilə tibbdə məlum diaqnoz səriştəsizliyini də aradan qaldırmaq mümkün olacaq. Dünya sağlıq sektorunda rəqəmsal inqilabın təfərrüatlarına  nəzər salsaq, irəliləyişlərin həm xəstələrin, həm də səhiyyə işçilərinin həyatına əhəmiyyətli töhfə olduğunu görərik.

 

Mərkəzləşmiş şəkildə pasiyent qəbulu və tibbi xidmətlərin təşkili günümüzün səhiyyə sistemi üçün ən uğurlu nümunədir. Tibbi personal üçün xəstələrin sağlamlıq tarixçələri, test nəticələri və diaqnozlarının tez bir zamanda əlçatan olması, bununla yanaşı xəstələrin vaxtında səhiyyə xidmətlərindən asan yararlana bilməsi sistemin üstünlüyünü bir daha sübut edir. Rəqəmsal mühitdə baş verən bu işbirliyi həm pasiyent-həkim münasibətlərinin müsbət tənzimlənməsində əhəmiyyətli rol oynayır, həm də xəstəliklərin vaxtında qarşısının alınmasına effektiv şərait yaradır.

 

Gələcəkdə tibb müəssisələri vətəndaşlara yüksək xidmət göstərmələri üçün öz fəaliyyətlərində məhz bu kimi rəqəmsal transformasiya layihələrini tətbiq etməli, buna görə də süni intellektin imkanlarından yararlanmağı hədəfləməlidir. Beləcə süni intellekt sayəsində robot həkimlər əməliyyat otaqlarında işə başlayacaq, insan hansı yaşda və hansı xəstəliyə tutulacağını öncədən biləcək, xəstələr diaqnozun nəticələrini fiziki olaraq həkimə müraciət etmədən alacaq, xəstəxanaya getmədən uzaqdan müayinə, apteklərə getmədən dərman almaq və s. imkanlar mümkün olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır