Abort nədir? - Səbəblər, göstərişlər, fəsadlar
30.03.2021 11:12

Abort uşaqlıq divarının selikli qişasından dölün xaric olunmasıdır.


Abort hamiləliyin hər hansı bir səbəbdən vaxtından əvvəl pozulması hesab edilir. Hamiləlik ilk 16 həftədə pozularsa erkən abort, 16-28-ci həftədə pozularsa gecikmiş abort adlanır.

 

Abortların 3 qrupu ayırd edilir:


1. Süni abort


Bu abort müalicə müəssisəsində qadının arzusu ilə hamiləliyin pozulmasıdır. Bəzən belə abortlar tibb müəssisələrindən kənarda da aparılır ki, bunlar kriminal abortlar sayılır.


2. Spontan abort


Bu, müxtəlif yerli və ümumi səbəblərdən hamiləliyin öz-özünə pozulmasıdır. Spontan abortların səbəbləri müxtəlif olub, yerli və ümumi xarakter daşıyır. Belə abortlar aşağıdakı səbəblərdən baş verə bilər:


- ürək-damar xəstəlikləri;
- qara ciyər xəstəlikləri;
- böyrək xəstəlikləri;
- daxili sekresiya vəzi xəstəlikləri;
- kəskin infeksion xəstəliklər;
- toksiplazmoz;
- vərəm, hepatit;
- zöhrəvi xəstəliklər.


Abortun baş verməsinə səbəb olan yerli xəstəliklərdən infantilizm, cinsiyyət orqanlarının iltihabı xəstəlikləri, istmiko-servikal çatışmazlığı və s. misal göstərmək olar.


3. Baş tutmayan abort.


Bəzən ölmüş döl yumurtası bir neçə həftə, hətta bir aya qədər uşaqlıqda qalır. Bu zaman qanlı ifrazat kəsilir, uşaqlıq kanalı boynu bağlanır, dölyanı sular tədricən sorulur, uşaqlıq sərtləşərək kiçilir. Müayinə məqsədilə sidiyi yoxladıqda estradionun ekskresiyası 5 mq-dan aşağı olur.


Gecikmiş və hərəktdə olan abort zamanı uşaqlıq divarından qopmuş döl yumurtasını alətlərlə kənar edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib