Süni ürək hazırlanıb
30.03.2021 10:38

Fransanın “Carmat” şirkəti tərəfindən süni ürək hazırlanıb.

 

Aztibb.az belta.by saytına istinadən yazır ki, süni ürək formasına görə insan ürəyinə bənzəyir, çəkisi 4 kq-dır. Hər 4 saatdan bir enerji ilə doldurulması tələb olunan iki akkumulyator bloku ilə işləyir.

 

"Datçiklər qan təzyiqini müəyyənləşdirir və bunun nəticəsində alqoritm real vaxt rejimində qan axınına nəzarət edir. Süni ürək insan ürəyi kimi işləyir, pasiyent hərəkət etdikdə qan axını artır, pasiyent istirahət etdikdə isə qan axını sabit olur və azalır", – “Carmat” şirkətinin baş direktoru Stefan Piat deyib.

 

Onun sözlərinə görə, xəstənin qanı ilə təmasda olan detallar yan təsirlərlə bağlı riski azaltmaq üçün insan bədəninə uyğun materialdan hazırlanıb. Cərrahi implantasiyadan sonra qurğu heç bir baxım tələb etmir.

 

Hazırda süni ürək üzərində keçirilən sınaqda 19 pasiyent iştirak edir.

 

Qeyd edək ki, Şirkət 2020-ci ilin dekabrında öz süni ürəyinin Avropa Birliyində satışına icazə alıb. “Carmat” şirkəti iyunun sonunadək Almaniyada öz süni ürəyinin satışına başlamağı ümid edir. 2021-ci ilin sonunadək 20 belə qurğunun istehsalı planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır