Allergiya hansı ƏLAMƏTLƏRLƏ özünü göstərir?
17.03.2021 15:10

Allergiya orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı anticisimlər hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır. Hər insanın bədənində İgE adlanan anticisim istehsal edilir. Allergik insanların bədənində isə daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, qəfildən narahatlıq keçirir.

 

Allergiyanın əlamətləri onun növlərinə görə dəyişir. Aztibb.az allergiyanın əlamətlərini təqdim edir:

 

Allergik rinit zamanı aşağıdakı əlamətlər özünü göstərir:

 

* asqırma;
* burun, göz və ya ağızda qaşınmalar;
* burun axması və ya tutulması;
* sulu, şişmiş və qızarmış gozlər.

 

Qida allergiyası özünü aşağıdakı əlamətlərlə göstərir:


* ağızda geyişmə;
* dodaq, dil, üz və boğazda şişkinlik;
* dəridə səpgilər;
* anafilaktik şok.

 

Böcək sancması zamanı allergiya baş verdikdə müşahidə olunanlar:


* böcək sancdığı nahiyyədə şişkinlik;
* qaşıntı və bütün bədəndə səpgi;
* öskürək, nəfəs daralması;
* anafilaktik şok.

 

Dərman allergiyası zamanı baş verən əlamətlər:

* dəridə səpgilər və qaşınmalar;

* istilik və ya üşütmə;
* üzün şişməsi;
* xırıltı;
* anafilaktik şok.

 

Dəriyə toxunan zaman meydana çıxan allergik əlamətlər:


* qızartı;
* qaşıntı;
* qabıqvermə;
* anafilaktik şok.

 

Allergiyanın ağırlaşması anafilaktik şok əmələ gətirir. Bu zaman aşağıdakı əlamətlər meydana çıxır:


* huşun itməsi;
* arterial təzyiqin düşməsi;
* nəfəs çatışmazlığı;
* dərinin rəngini dəyişməsi;
* sayıqlama;
* nəbzin zəifləməsi;
* ürəkbulanma və qusma.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev