Ordubadda yetişən dərman bitkilərinin MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ - Araşdırma
12.03.2021 12:35
Müalicəvi əhəmiyyətə malik olan bir sıra dərman bitkilərinin tərkibində xüsusi təsiredici maddələr vardır ki, bunlar alkalloidlər, qlyukozidlər, saponinlər, aşı maddələri, efirli yağlar, acı maddələr, selik, vitaminlər, qətranlar, fitonsidlər adlanırlar. Hər bir dərman bitkisinin insan orqanizminə müəyyən təsiri onun tərkibində olan təsiredici maddələrin az və ya çox olması ilə qiymətləndirilir.
Müasir tibb elmində istifadə olunan dərman bitkilərinin əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Ordubad rayonunda bitir. Rayonun ərazisində geniş yayılmış bu bitkilərin inkişafı üçün lazımi iqlim şəraiti mövcud olduğundan burada bitən dərman bitkilərinin kimyəvi tərkibi zəngin və müxtəlifdir.
Dərman bitkilərinin tərkibində olan təsiredici maddələrin miqdarı həmin bitkilərin inkişaf dövrü ilə əlaqədardır. Təsiredici maddələr adətən dərman bitkilərinin müəyyən hissələrində - köklərində, gövdələrində, yarpaqlarında, çiçəklərində müxtəlif miqdarda olur. Buna görə də bitkilərdə olan dərman xammalının ancaq lazımi hissələri toplanaraq tədarük edilir. Dərman xammalının keyfiyyətli olması onun vaxtında və münasib şəraitdə yığılaraq qurudulması ilə ölçülür.
Aztibb.az Ordubadda bitən ayrı-ayrı dərman bitkilərindən bir neçəsinin xüsusiyyəti, zahiri görünüşü, müalicəvi əhəmiyyəti haqqında məlumatları təqdim edir:
Dəvədabanı: Xırda ot bitkisi olub, böyük və uzun saplaqlı yarpaqları, sarı çiçəkləri vardır. Bu bitki yazın ilk aylarında çiçək açır. Bitkinin yarpaqları toplanaraq quru havada kölgəli yerdə qurudulur. Bitkinin tərkibində 2,63 faiz acı qlyukozid vardır. Xalq təbabətində bu bitkinin yarpaqlarından bişirmə və dəmləmə şəklində bəlğəmgətirici və öskürəyi sakitləşdirici dərman kimi işlədilir.
Gülxətmi: Çoxillik ot bitkisidir. 1-1,5 metr hündürlüyə, qol-budaqlı gövdəyə malikdir. Bitki iyun ayında çiçək açmağa başlayır. Kökünün tərkibində zəif qoxulu, şirintəhər selik maddəsi vardır. Gülxətmi bitkisinin kökündən tənəffüs yollarının iltihabında dəmləmə şəklində bəlğəmgətirici dərman kimi geniş istifadə edilir. Bitki adətən çəmənliklərdə, çay kənarlarında, kolluqlarda, çox rütubətli yerlərdə yabanı halda geniş yayılıb.
Acı qovuq: Düyümlü kökləri olan çoxillik ot bitkisidir. Yerüstü gövdəsi yoxdur. Lakin çoxlu uzunsov lanset şəkilli kökyanı yarpaqları vardır. Bitkinin çiçək oxunun başında səbətəoxşar sarı rəngli iri çiçəkləri yerləşir. May, iyun, aylarında bitki çiçək açır. Kökündən başlayaraq çiçəyinə kimi bütün bitki acı dadlıdır. Yabanı halda rayonumuzun çəmənlik, kolluq və əkin yerlərində bitir. Bitkinin köklərində yerləşən borucuqlarında acı süd şirəsi vardır. Həmin süd şirəsindən müasir təbabətdə ekstrakt hazırlayırlar ki, bundan həb dərmanlarının tərkibində iştahaçıcı və həzm prosesini yaxşılaşdırmaq üçün istifadə edilir.
Bağa yarpağı: Uzun saplağı, dairəvi forması, kənarından bütöv iri yarpaqları vardır. Qonur rəngli çiçəkləri sünbül formasında yerləşmişdir. Bitkinin çiçəklənmə dövrü may, iyun aylarından başlayaraq avqust, sentyabr aylarına kimi davam edir. Xalq təbabətində bitkinin yarpaqlarından yarasağaldıcı məlhəm kimi istifadə edilir. Bunun üçün bitkinin yarpaqlarını çiçək açan vaxt toplayıb açıq havada qurutmaq lazımdır. Bağa yarpağının toxumlarında zülal, selik, aşı maddələri, piyli yağlar vardır. Son zamanlar bitkinin toxumlarından bişmiş halda zəif işlədici dərman kimi istifadə edilir. Bitkiyə çəmənliklərdə, su kənarlarında rast gəlmək olar.
Kəklikotu: Yerlə sürünən gövdəyə malik kol bitkisidir. Yarpaqları oval şəkillidir. Xırda çiçəkləri qırmızı-bənövşəyi şəkildə olub, gövdə və qol-budaqlarının axırında dəstə-dəstə yerləşib. Bitkinin tünd, xoş ətri vardır. Kəklik otu bütün yay fəsli boyu çiçək açır. Bitkinin əsas təsiredici maddəsi efir yağıdır. Kəklikotundan tibbi preparatlar şəklində öskürəkkəsici, spirtli məhlulundan isə ağrılarda xaricə sürtmə dərmanı kimi istifadə edilir.
Kəklikotu bitkisinə rayonun dağ və dağətəyi yerlərində yabanı halda rast gəlmək olar.
Nanə: Çoxillik ot bitkisi olub, 0,5 metrə qədər hündürlükdə budağı və dördkünc gövdəsi vardır. Dərman məqsədilə ən çox iki cür nanə bitkisindən istifadə edilir:
1. Gövdəsi qırmızı-bənövşəyi olan qara nanə;
2. Gövdəsi açıq yaşıl rəngdə olan ağ nanə və ya ingilis nanəsi.
Bitki çiçək açan vaxtı yarpaqlarını toplayıb qurudaraq su buxarı vasitəsilə ondan nanə yağı alırlar. Alınmış nanə yağı bir sıra dərmanların tərkibində işlədilir. Əkilən nanənin yarpaqlarından dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində, spazmın qarşısını almaq, həzm prosesini yaxşılaşdırmaq və qaytarmanı dayandırmaq məqsədilə geniş istifadə edilir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

