Qlaukomalı insanlara kömək edəcək yeni mobil proqram
10.03.2021 14:32

London Universitetinin tədqiqatçıları "Allergan Pharmaceuticals" və "Glaucoma UK"in dəstəyi ilə ilk dəfə qlaukoma diaqnozu qoyulmuş insanlara kömək edəcək mobil əlavə (proqram) istifadəyə veriblər.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, "The Glaucoma in Perspective" əlavəsi pasiyentlərə və ailələrinə xəstəliyin onların həyatına potensial təsirini anlamaq üçün kömək edəcək informasiya təqdim edir. Proqramda görmə məsafəsinin yoxlanması, göz təzyiqinin əhəmiyyəti, həmçinin xəstəliyin inkişaf etməsi riskini azaltmaq üçün göz damcılarından düzgün istifadə ilə bağlı informativ materiallar yer alıb.

 

Əlavənin əsas funksiyalarından biri qlaukoma zamanı, xüsusilə xəstəliyin erkən mərhələlərində yarana bilən görmənin qısamüddətli itməsi ilə əlaqdar interaktiv nümayişlər seriyasının təqdim olunmasıdır.


Proqramda, həmçinin istifadəçilərə onların xəstəliyinin vəziyyəti və animasiya şəkillərinin köməyi ilə mümkün müalicə metodları haqqında aktual informasiya verilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır