Diş sağlamlığının ürəyə TƏSİRİ
25.02.2021 18:02

Dişlərin vəziyyətinin ümumi sağlamlığa təsiri qədim zamanlardan məlumdur. Hətta müəyyən dövrlərdə qəbiləyə, yaxud məmləkətə başçı seçərkən, dişlərə xüsusi baxış edilirmiş, dişləri sağlam olmayan kəs bu statusa layiq bilinməzmiş.

 

Həyati vacib orqanlardan olan ürəyə diş-ağız boşluğu sağlamlığı bir neçə yolla təsir edir:

 

- karies, gingivit, parodontit və s. yerli ihtihabi proseslər sistemli xroniki iltihab törədərək, damar divarlarını zədələyib aterosklerotik dəyişikliklər yarada bilər ki, bu da ürəyin işemik xəstəliyi, infarktla fəsadlaşma ilə təhlükəlidir;

 

- bakteriyalar ağızdan qan dövranı ilə yayılaraq kəskin infeksion proses (məs., endokardit) törədə bilər;

 

- azot oksid (NO) adlı maddə ürək damarlarını genişləndirərək, arterial təzyiqi tənzimləyir, qalxmasının qarşısını alır. Azot oksid qida ilə alınan nitratların nitritlərə çevrilməsindən alınır. Həmin çevrilməni icra edən Veillonella spp. bakteriyasıdır. Antiseptik tərkibli ağız yaxalayıcıları bu mikrobu məhv edərək, çevrilməni əngəlləyir və NO kimi mühüm damargenişləndirici maddəni azaldaraq təzyiqin yüksəlməsinə zəmin yaradır;

 

- yalnız sağlam dişlə mümkün olan mükəmməl çeynəmə, xüsusən də bərk məhsulların (tərəvəzlərin, ət tikəsinin) çeynənilməsi, stress hormonu olan kortizolun səviyyəsini azaldaraq, ürək damar sistemini stresin dağıdıcı təsirindən qoruyur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib