Selçuk Universiteti tərəfindən ATU-ya "Tibb bacısı" ixtisası üzrə dərsliklər hədiyyə edilib
25.02.2021 10:25
Türkiyənin Selçuk Universiteti tərəfindən Azərbaycan Tibb Universitetinə (ATU) 30 adda kitab hədiyyə olunub.
 
Aztibb.az xəbər verir ki, bu kitablar universitetdə yeni tədris olunmağa başlanılan "Tibb bacısı" ixtisası ilə bağlı dərs proqramını əhatə edən dərsliklərdir. ATU-da tədris prosesinə töhfə olacaq yeni nəşrlər artıq tələbələrin istifadəsi üçün universitetin kitabxanasına verilib.
 
Qeyd edək ki, Selçuk Universiteti ilə ATU arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair memorandumun imzalanması planlaşdırılır. Bu barədə bir müddət əvvəl iki ali müəssisənin rəhbərliyi arasında keçirilən onlayn görüş zamanı razılıq əldə olunub. Gələcəkdə iki ali məktəb arasında tələbə, rezident və müəllim mübadilələrinin aparılması, müştərək elmi işlərin və layihələrin icrası nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub